“Salmanzadə TV” çəkdi, Sahil Babayev Məhərrəmovları sevindirdi - Bayramqabağı...

“Salmanzadə TV” çəkdi, Sahil Babayev Məhərrəmovları sevindirdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir aztəminatlı ailənin dadına yetişib

Cahan.info xəbər verir ki,
“Salmanzadə TV”-nin Yevlaxın Qaraməmmədli kəndində 7 nəfərdən ibarət Məhərrəmovlar ailəsindən etdiyi çəkilişə nazirlik tərəfindən müsbət reaksiya verilib.

Nazirliyin mətbuat katibi Fazil Talıblı feysbukda yazıb ki, nazirlik əməkdaşları Xanlar Məhərrəmovun evində olublar, ailə ilə maraqlanıblar. X.Məmmədov əmək pensiyaçısıdır, oğlu Qabil Məmmədov isə işsizdir.



Vətəndaş “İşsizin DOSTu” proqramına cəlb edilərək yaxın günlərdə əmək müqaviləsi ilə işə başlayacaq. Eyni zamanda ailənin ünvanlı sosial yardım alması üçün müraciətinə texniki yardım göstəriləcək.

Bu xəbər Məhərrəmovlar ailəsi ilə bərabər biz media nümayəndələrini də sevindirdi. Çünki müstəqil jurnalist Xəyyam Salmanzadənin həmin ailədən hazırladığı süjet, onların acınacaqlı vəziyyətdə yaşamasını əks etdirən kadrlar nazir Sahil Babayev tərəfindən dərhal nəzarətə götürülüb, göstəriş verib.

Nazirliyin bayramqabağı bu xoşməramlı addımı həqiqətən də təqdirəlayiqdir. Məhərrəmovlar ailəsinin həm sosial yardım problemi həllini tapacaq, həm Xanlar kişinin oğlu işlə təmin ediləcək.

Elə aztəminatlı, yoxsul ailələrin problemini işıqlandırmaqda məqsəd də budur ki, nazirlik reaksiya versin, onların işini həll eləsin. O zaman nə cənab nazir Sahil Babayevə, nə nazirliyin müvafiq şöbələrinə tənqidlər olacaq.

Bizim də istədiyimiz budur - vətəndaşların sosial çətinlikləri həllini tapsın, çarəsiz, işsiz insanlar sevindirilsin, hər bir azərbaycanlı evinə çörək aparsın. Bu baxımdan Yevlaxda daha bir ailənin Novruz bayramı ərəfəsində sevindirilməsi çox mü qəddəs bir iş oldu.

Bu ailənin problemini ictimailəşdirən Cahan.info və “Salmanzadə TV” şəxsən nazirə təşəkkür edir. Əgər hər bir problemli vətəndaşın müraciətinə baxılırsa, bununla dövlətə, prezidentin sosial siyasətinə, islahatlarına dəstək vermiş, köməklik etmiş oluruq. S.Babayevin də bu istiqamətdə göstərdiyi fəallıq, ümidsiz insanların dadına çatması dövlətə ciddi yardım etməkdir.

Məhərrəmovlar gözünü iki gözü də görmə qabiliyyətini itirmiş Xanlar kişinin 181 manat pensiyasına dikmişdi. Uşaqların anası Gözəl xanım isə nə evi təmir etməyə imkan tapır, nə də övladlarını məktəbə göndərə bilir. Uşaqların əynindəki nimdaş geyimlər, cırıq, köhnə-küşkül ayaqqabılar göz deşir.

Bu ürəkparçalayan mənzərəni isə Yevlaxın icra başçısı Qoca Səmədov, yerli sosial müdafiə fondu, məşğulluq mərkəzi və digər aidiyyatı qurumlar seyr etməkdə idilər.

Lakin məsələ ictimailəşdi, nazirlik lazımi addım atdı. Hazırda onlarla belə ailələr, problemli insanlar var. Elə saytımızda da bir neçə video müraciətlər görə bilərsiniz. Ümid edirik ki, nazirlik oksigen balonuna qoşulmuş şəhid oğlu, müharibə əlilinin müraciətinə də adekvat reaksiyanı verəcək, ona köməklik olunacaq.

Məhərrəmovlar ailəsinə etdikləri köməkliyə, iş təminatı, sosial yardım dəstəyinə görə bir daha nazir S.Babayevə sonsuz minnətdarlıq düşür.шаблоны для dle 11.2

Oxunub: 2 871






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23