“Cənab prezident, Aqil Nəzərli Qarabağ qazilərinə qan uddurur” - Şok məktub

“Cənab prezident, Aqil Nəzərli Qarabağ qazilərinə qan uddurur”
“Cənab Prezident, sizin 2019-cu ilin fevral ayı ərzində imzaladığınız fərman və sərancamlar, verdiyiniz tapşırıq və tövsiyyələr sizin Azərbaycan xalqına olan sevginizi, xalqla birliyinizi bir daha sübut etdi”

Bu sözləri Cahan.info-ya göndərdiyi məktubda Laçının Şeylanlı kənd sakini Müqabil Baxışov yazıb. Onun dediyinə görə, Soltan bəy kimi xalq qəhramanını, Xosrov bəy, Nurməmməd bəy Şahsuvarov kimi siyasi xadim və elm adamıAzərbaycana bəxş etmiş Laçına Aqil Nəzərlinin icra başçısı təyin olunması bütövlükdə bu bölgədə narazılıq yaradıb.

“Mən hesab edirəm ki, siz Aqil Nəzərlini qəbul edib, onun savadına və elementar insani davranışına diqqət yetirsəydiniz heç zaman onu Laçına icra başçısı təyin etməzdiniz.

Cənab Prezident, Aqil Nəzərlinin Laçına başçı təyin edilməsi ona görə Laçına qayıtmaq ümidlərimizi məhv etdi ki, onun yaxın qohumları, qayınatası Güləbirdli Vaqif, Qarabağ müharibəsi zamanı vətənə xəyanət etmişdir.

Çox təəssüf hissi ilə qeyd etməliyəm ki, Vaqif Cabbarovu keçmiş MTN-nin padvalından xilas edib, özünə ferma müdiri təyin etmiş məmur, Aqil Nəzərlinin Laçına başçı təyin olunmasınada nail ola bildi. Bunun nəticəsidir ki, Aqil Nəzərli Qarabağ qazilərinə, veteranlara qan udurur”,-deyə məcburi köçkün şikayətində bildirir.

Onun sözlərinə görə, Aqil NəzərliLaçına başçı təyin edildiyi gündən bu köçkün rayonda korrupsiya, rüşvətxorluq, əli əyrilik, yerlibazlıq, qohumbazlıq hakim kəsildi: “Ötən bu son 3 il ərzində Laçın təhsili, səhiyyəsi korrupsiya çirkabında boğuldu.

Cənab Prezident, 3 il ərzində sizə yüzlərlə müraciətlərim olub, Azərbaycan respublikasının heç bir hüquqi olmayan vətandaşıyam. Sizdən xahiş edirəm, vaxt ayırıb 5 dəqiqə məni qəbul edin”.

Cahan.info yada salır ki, Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərlinin yarıtmaz fəaliyyəti haqda ölkə mediasında müxtəlif səpkili materiallar dərc olunub.

Onun hərbi xidmətdə olmamasımdan tutmuş, icra başçısı postuna gələndən sonra yalnız şəxsi biznesi haqda düşünməsinə qədər ən müxtəlif ittihamlar səslənib.

Laçının icra başçısı Aqil Nəzərlinin atası Ağaxan Nəzərovun böyük fermer təsərrüfatı var imiş. Başçının atası fermer kimi hər il yay mövsümündə heyvanları Daşkəsəndə yaylağa aparır.Onun əsas fəaliyyəti maldarlıqdır.

Burada çobanları, nəzarətçiləri işləyirlər. Hətta onlardan biri ilə mübahisə yarandığı və işdən azad etdiyi deyilir. İH rəhbərinin atasının biznesi fermaları ilə məhdudlaşmır.

Onun dükanları olduğu bildirilir. A.Nəzərov geniş səlahiyyətlərə də malikdir. O, hansısa məsələni yoluna qoymaq üçün icra başçısı olan oğluna çıxır, kiminsə işini görür. Bütün bunlar qarşılıqsız deyil.

Buna misal olaraq Hefteaz.info saytının elektron poçtuna şikayət yazan Qarabağ əlilləri Laçin rayon Vağazin sakinləri Qasimov Mirələm Əhliman oğlu,Əhmədov Nadir Şükür oğlu, İsmayilov Yusif Əli oğlu,şəhid bacisi Hümbətov Bilqeyis Süleyman qizi, Laçin rayon Qarakeçdi kənd sakini və Xanlarov Mais Haci oğlunun dediklərini xatırlamaq olar.

Sitat: “Laçın rayonuna Aqil Nəzərlinin başçı təyin olunmasına sevindik ki,yəqin cavan olduğu üçün bizim problemlərimizə daha qayğıkeş yanaşacaqdır.Ancaq bu günə kimi nəinki problemləri həll etdi,əksinə yeni problemlər yaratdı.

Biz Qarabağ əlili olaraq onun qəbuluna getdik, bizə hər hansı köməklik etməyini xahiş etdik. O isə bizə hər dəfə atası Ağaxan kişinin şəxsi təsərrüfatına köməklik etməyimizi təklif etdi.

Bildirdi ki, əgər biz onun atasının və ya qardaşı Müqabil Nəzərlinin şəxsi təsərrüfatında işləsək onda bizə hər hansı maddi yardım edəcəyini bildirdi. Qeyd edək ki, icra başçısının atası və qardaşına məxsus çoxlu marketlər, yanacaqdoldurma məntəqəsi və ferması vardır.

Biz ona bildirdik ki,sizin ailənizin qapısına gəlməmişik,biz icra hakimiyyətinin qəbuluna gəlmişik. İcra başçısı Aqil Nəzərli əlini göyə açıb bizə sən çörəyini Allahdan istə dedi”.

Qarabağ əlilləri yazmışdılar ki, A.Nəzərlinin atası Ağaxan kişi və qardaşı Müqabil Nəzərli Taxta körpü ərazisində fəaliyyət göstərən “Laçın petrol”un və marketin ofisində vətəndaşları qəbul edirlər.

Bütün idarə və müəsisə rəhbərlərindən yığılan pullar Müqabil Nəzərli tərəfindən çatdırılır. Hətta Müqabil Nəzərli çəkinmədən bildirir ki,guya qardaşının vəzifəyə gəlməsinə görə kiməsə “xərcin” çoxunu o çəkib.шаблоны для dle 11.2

Oxunub: 2 507






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23