İlham Əliyevin “ağ inqilab”ı: 2019 məmur oliqarxiyasını bitirir - Bizim şərh...

2019 məmur oliqarxiyasını bitirir
Prezident İlham Əliyev 2019-cu il başlayandan inqilabi dəyişikliklər etməkdədir. Əslində, bu köklü islahatların həyata keçirilməsi 2016-dan başlanıb.

Cahan.info-nun Analitik Mərkəzi yazır ki,
ölkədə keçirilən referendumdan sonra kadr və struktur islahatları start götürmüşdü.

Nazirlər Kabinetinin islahatların lokomotivi olmadığı rəsmilərin dilindən eşidilirdi və I vitse-prezidentlik institutunun yaradılması ilə reformalar sürətləndi.

Nazirlərin azad edilməsi, büdcəni yükləyən qurumların ləğvi, ASAN xidmət modelinin genişlənməsi islahatların davamlı olacağını göstərirdi.

Ötən il keçirilən prezident seçkilərindən sonra dəyişikliklər radikal forma aldı. Prezident adı müxtəlif mənfi hadisələrdə çəkilmiş nazirləri işdən azad elədi, gənc kadrlar irəli çəkildi.

Onları təkrar sadalamağa gərək yoxdur. Bu kadr dəyişikliklərinin ardınca gözlənilirdi ki, prezident sosialyönümlü islahatlara xüsusi diqqət yetirəcək.

Çünki devalvasiyanın yaratdığı problemlərdən bir tərəfdən, əyalətlərdə məmurların sosial zülmü, vətəndaşları incitməsi, bürokratiya, rüşvət, insanların aşağılanması digər tərəfdən ciddi narazılıq, gərginlik yaratmışdı.

O baxımdan məmurların özbaşınalıqları vətəndaş-hakimiyyət, xalq-prezident münasibətlərini zədələyirdi. İ.Əliyev isə çırmanaraq islahatları sürətləndirməyə, xalq-prezident təmaslarını artırmağa, müsbət fərmanlar, sərəncamlar verməyə başladı.

Odur ki, 2019-cu il bayram kimi başladı: minimum əmək haqqının 50 manat artırılması, problemli kreditlərin həlli, qaçqınların müavinətinin artırılması, uşaq pulu, pensiyaların qalxması, şəhid ailələrinə qan pulunun ödənilməsi, Şamaxıda zəlzələdən ziyan çəkənlərlə görüş, cəmiyyəti narahat edən məsələlərin həlli, ictimai fiqur olan şəxslərin azadlığa çıxması ölkədə böyük bir milli barış yaratdı, xalq-prezident münasibətlərində daha bir səhifə açıldı.

Eyni zamanda mədəniyyət xadimləri ilə görüş, islahatların davamının anonsu, məhkəmə, təhsil, səhiyyə sistemində dəyişikliklər olacağını açıqlaması Azərbaycanın tamamilə refreş olunacağını deməyə əsas verir.

2019-cu il Azərbaycan üçün mühüm sosial islahatların və uğurlu iqtisadi layihələrin reallaşdığı il kimi tarixə düşə bilər. Prezident İlham Əliyevin söylədiyi kimi, əgər geridə qoyduğumuz 2017-ci ili iqtisadi sabitləşmə, 2018-ci ili dərin iqtisadi islahatlar ili kimi başa vurmuşuqsa, bu il daha çox sosial sahədə inqilabi islahatların reallığa çevrildiyi tarix kimi yaddaşlara yazılacaq.

Təkcə fevral ayında bunu şərtləndirən amillərə nəzər yetirsək görərik ki, İlham Əliyevin bir ayda imzaladığı 8 sərəncam, 4 fərman ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib. Bütün bunlar isə Prezidentin böyük sosial islahatlar paketinin tərkib hissəsidir.

Fevral ayında Prezidentin böyük sosial paketinin tərkib hissəsi olan sənədlərə bir daha nəzər saldıqda aydın şəkildə dövlətin vətəndaşına qayğısının şahidi oluruq.

İlk olaraq dövlət başçısı fevralın 8-də əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən "Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncam imzaladı.

Bu sənədə əsasən bu il martın 1-dən minimum əməkhaqqı 38,5 faiz (50 manat) artırılaraq 130 manatdan 180 manata yüksəldi. Bu da dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda işləyən 600 min işçinin əməkhaqqının artması deməkdir.

Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım özünü göstərəcək.

Prezidentin fevralın 27-də "Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə” 19 fevral tarixli 1515-VQD nömrəli Qanununun tətbiqi haqqında” sərəncamına əsasən, minimum pensiya 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırıldı.

Dövlət başçısı əhalini narahat edən bütün məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara ciddi tapşırıqlar verir və icrasının nəticəsi ilə şəxsən özü maraqlanır. Şad gündə də, dar gündə də insanlarla görüşüb səmimi söhbət edir, problemlərini dinləyir.

Əminliklə deyə bilərik ki, İlham Əliyevin böyük sosial islahatlar paketi əsasında hələ çox belə fərman və sərəncamlar imzalanacaq.

Elə İlham Əliyev də bunu dəyərləndirərkən demişdi ki, problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayı müəyyən edilsə, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq.

Görülən işlərə əsasən deyə bilərik ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından əvvəlki illərdən fərqlənən il olacaq. Prezidentin söylədiyi kimi, Azərbaycan bu il də uğurlar və inkişaf yolu ilə gedəcək.

Azərbaycan Prezidentinin milyonlarla insanın problemlərini həll edən son fərmanları ermənilər tərəfindən sosial şəbəkədə geniş müzakirə olunur.

Azərbaycanda uğurla həyata keçirilən və nəticələrinə görə nümunəyə çevrilən sosial siyasət xarici ölkələrdə, o cümlədən də Ermənistanda böyük diqqətlə izlənilir.

Bunu erməni mediasına, həmçinin sosial şəbəkələrdə erməni istifadəçilərinin paylaşımlarına nəzər salmaqla da aydın görmək olar.

Son günlərdə isə erməni tərəfinin diqqət yetirdiyi əsas məsələlərdən biri Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmanıdır.

Əslində, bununla Azərbaycan daha bir sosial xarakterli nümunə ortaya qoymağı bacardı. Dövlət başçısının fərmanı yüz minlərlə vətəndaşımız üçün böyük dəstəkdir.

Bu da onu göstərir ki, Prezident İlham Əliyev köklü sosial islahatları davam etdirir və vətəndaşların sosial rifah səviyyəsini yüksəldərək maddi durumunun yaxşılaşdırılmasına yönəlmiş genişmiqyaslı proqram çərçivəsində inqilabi addım atır.

Elə erməni tərəfinin də diqqət mərkəzində saxladığı əsas məqamlardan biri məhz budur. Sosial mediada paylaşılan statuslardan və yazılan şərhlərdən bəzilərini diqqətə çatdırırıq.

Qeyd edək ki, ermənilərin sosial şəbəkələrdə paylaşımları öz dillərində olmaqla yanaşı, həm də ruscadır və biz bundan istifadə etməyə çalışdıq.
Onlar paylaşımlarda Dağlıq Qarabağı "Artsax”, Xankəndini "Stepanakert” kimi təqdim ediblər. Biz yalnız bu bölgələrin adlarını onların yazdığı kimi yox, tarixi və rəsmi ifadəsi ilə oxucuların diqqətinə çatdırırıq.

Ruben Azatyan adlı sahibkar özünün "Facebook” səhifəsində yazır: "Bizdən fərqli olaraq Azərbaycanda sadə insanların aqibəti haqda düşünürlər.

İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanı bunu bir daha göstərir. İlham Əliyev problemli kreditlər üçün büdcədən 500 milyon dorllar ayırır. Görəsən, bizdə də nə vaxtsa belə bir hal olacaq? İnanmaq çox çətindir”.

"Odnoklassniki” sosial şəbəkəsində paylaşılan xəbərə münasibət bildirən, profil səhifəsində bank sektorunda çalışdığını yazan Tatul Qriqoryan adlı istifadəçi isə qeyd edir ki, baş nazir Nikol Paşinyan Prezident İlham Əliyevdən nümunə götürsə idi, yaxşı olardı: "Dollar kreditlərinə görə Ermənistanda da çoxları böyük problemlərlə üzləşib. Evlərini satanlar, hətta intihar edənlər də olub.

Amma onların taleyi nə əvvəlki hökuməti, nə də indikini maraqlandırır. Amma dünyada və elə öz ətrafımızda yaxşı nümunələr də var. Elə İlham Əliyevin atdığı son addımlara baxmaq yetərlidir”.шаблоны для dle 11.2

Oxunub: 2 736






E-mail: cahan.info@mail.ru