Şəhid ailələrinin dayağı oğul: İlham Əliyev məmurlara necə görk verdi?

İlham Əliyev məmurlara necə görk verdi?
Bütün bunlar məmurlara bir dərs oldu, şəhid ailələrini incidən insanlar, vəzifəlilər indi anlasınlar ki, vətəndaşı narazı salmaq, heysiyyatına toxunmaq olmaz. Şəhidlərin ailələri namusumuzdurlar. Bu torpaq, bu ölkə onların övladlarının tökülən qanı üstə salamatdır, məğrurdur, sabitdir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə bu günlərdə keçirilən növbəti görüşü bir daha sübut etdi ki, dövlət siyasətinin mərkəzində ölkə vətəndaşı dayanır.

Cahan.info-nun siyasət şöbəsinin yaydığı məlumata görə, xalqın bir hissəsini də işğalçı Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində yurd-vuvasından didərgin düşmüş insanlar, müharibə əlilləri, şəhid ailələrinin üzvləri təşkil edir.

Onlar da daim dövlətin diqqət mərkəzindədir. Bu insanlar davamlı olaraq dövlət başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın böyük qayğısını, hərtərfli dəstəyini hiss edirlər.

Bəli, bəlkə də belə bir ikinci dövlət tapmaq çətin olar ki, orada vətəndaşa, ağır vəziyyətdə yaşayan, doğmasını-yaxınını itirən insana bu qədər diqqət və qayğı göstərilsin.

Yalnız bu faktları xatırlatmaq kifayətdir ki, son illər ərzində məcburi köçkünlər üçün 100-dən çox şəhərcik və qəsəbə salınıb. Təkcə keçən il 5900 məcburi köçkünə mənzillər və fərdi evlər verilib.

Dövlət şəhid ailələrini də bir an belə unutmur. İndiyədək 6650 şəhid ailəsinin dövlət tərəfindən mənzil, ev, 6000-dən çox şəhid ailəsinin isə minik avtomobili ilə təmin edilməsi buna aydın misaldır.

Bütün bunlar təkcə maddi kömək, maliyyə dəstəyi deyil, həm də mənəvi dayaqdır. Bunlar o deməkdir ki, dövlət daim öz vətəndaşının yanındadır, onu unutmur, dərdinə şərik çıxır.

Təsadüfi deyil ki, şəhid ailələrinin görüşdə çıxış edən üzvləri dövlətin, dövlət başçısının bu önəmli addımını, bu humanist hərəkətini yüksək dəyərləndirdilər.

Xalqımızın İlham Əliyev kimi vətənini və torpağını sevən belə bir rəhbəri olduğundan qürur duyduqlarını bildirdilər.

Birinci xanım Mehriban Əliyevanın onlara daim qayğı göstərməsindən məmnun olduqlarını minnətdar duyğularla vurğuladılar.

Bu fərman şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılmasının ölkədə aparılan sosial siyasətin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq etdi, ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılandı.

Həmin vaxtdan indiyədək 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam etməkdədir.

Dövlət başçısı həmin gün Prezident Sarayında şəhid ailələri ilə görüşdü və bir daha bəyan etdi ki, prezidentlik fəaliyyətimdə bu məsələ daim prioritet təşkil edir.

Son illər ərzində şəhid ailələri ilə çoxsaylı görüşləri bunu bir daha sübut edir: "Biz sizinlə birlikdə bir çox evlərin açılışlarında iştirak etmişik.

Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim”.

Bundan sonra da vətəndaşların sosial məsələlərinin daim diqqət mərkəzində olacağını söyləyən dövlət başçısı vurğuladı ki, bütün şəhid ailələrinə mənzillər veriləcək. Bir şəhid ailəsi belə qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin.

Sonra dövlət başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçularının vərəsələrinə şəxsən təqdim etdi.

Bir sözlə, şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının yüksəlməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir.

Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, burada ünvanlı sosial yardım proqramı çox geniş miqyas alıb. Dünyada ikinci belə bir dövlət yoxdur ki, şəhid ailələri, müharibə əlilləri və onların ailə üzvlərinə bu qədər qayğı göstərsin.

Bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş humanizmə sadiqlik ənənəsinin İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təsdiqidir.шаблоны для dle 11.2

Oxunub: 6 215






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23