Arif Alışanov audit korrupsiyası ilə istintaqa cəlb edilir? - AzTV talanı...

Arif Alışanov audit korrupsiyası ilə istintaqa cəlb edilir?
AzTV-də sədr dəyişikliyindən sonra kütləvi kadr islahatına və keçmiş rəhbərliyin fəaliyyətinin auditinə başlanıb.

Cahan.info xəbər verir ki,
hazırda sədr vəzifəsini icra edən Rövşən Məmmədov ilk olaraq maliyyə sisteminin şəffaflaşdırılması ilə təmizləmələrə başlayıb.

Belə ki, teleradionun maliyyə idarəsinin rəisi Şahrza Əliyev və onun müavinləri vəzifələrindən azad olunublar. Xəbəri virtualaz.org yayıb.

Onların vəzifədə olduğu müddətdə həyata keçirdikləri bütün maliyyə əməliyyatları ilə bağlı auditə başlanılıb. Televiziyanın maliyyə idarəsinə yeni rəhbər təyin olunub.

Əvvəlki rəhbərliyə yaxınlığı ilə tanınan Şahrza Əliyev bundan əvvəl uzun illər bir çox qurumlarda maliyyə strukturlarını idarə edib. Ş.Əliyev fəaliyyəti ilə bağlı qalmaqallar ilə yadda qalıb.

AzTV-nin necə deyərlər, ən pullu sahəsi elə texniki-istehsalat sahəsidir ki, Alışanov da vaxtında burada kök sala bilib.

Vaxtilə AzTV-də işləyən, lakin adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, Alışanov məhz buradakı fəaliyyəti dövründə maliyyə imkanlarını genişləndirməyə və yeni “zirvələri” fəth etməyə hazırlaşmağa başlayıb.

AzTV üçün milyon dollarlıq texniki vasitələrin alınması, ümumiyyətlə, bütün texniki işlərin kurasiyası Arif Alışanovun nəzarətində olub.

Buraya uzun illər dövlət büdcəsindən axan pullar isə əlbəttə, təyinatı üzrə xərclənməyib. Arif Alışanov texniki hissədə həyata keçirdiyi maliyyə firildaqları nəticəsində necə deyərlər, özünü yaxşı tutub.

Bu isə onun AzTV-yə sədr təyin olunmasında əsas rollardan birini oynayıb. O, sədr təyin olunandan sonar isə televiziyada onsuz da pis olan vəziyyət daha da pisləşdi.

Həmin dövrədək teleşirkətdə şübhəli keçmişilə tanınan, çoxsaylı saxta maliyyə pozuntularında adı hallanan, haqqında bir neçə dəfə cinayət işi başlanmış, hətta 1996-cı ildə həbs təhlükəsi ilə üzləşmiş Arif Alışanovun sədr təyin edilməsi bu qurumu ideoloji mərkəzdən yeyinti sexinə çevirdi.

Adi dünyagörüşü və elementar savadı olmayan, həqiqi idarəçilikdən uzaq, yalnız alış-veriş adamı kimi ad çıxarmış Arif AlışanovAzTV-nin yeni “statusuna” çox uyğun gəlirdi...

Yeni sexdə peşəkarlara ehtiyac qalmırdı, əvəzində üzüyola, “sədaqətli” və susqun adamlar üçün meydan açılırdı. Ortada qalmış tək-tük yaradıcı (və vicdanlı) şəxslər isə ucuz təbliğat işində kara gəlir.

Ona görə də bu gün AzTV-nin getdikcə cılızlaşması, bəsitləşməsi, məzmunca daha da sönükləşməsi, bir yaradıcı qurum kimi mahiyyətini itirməsi çox “təbii” qarşılanmalıdır.

Burada yaradıcılıq söhbətləri mühasib sədri hər şeydən çox qıcıqlandırır. Bəzi zahiri effektlərə baxmayaraq, AzTV mahiyyət etibarilə əvvəlki illərdən daha çox əyalət ruhludur.

Rəsmi məclislərdə özünün iri planda göstərilməsinə adət etməsinə, ziyafətlərdə “baboçka” ilə görünməsinə baxmayaraq, Alışanov hələ əməkdaşlarla nəzakətli davranışı öyrənə bilməyib.

Sədrin bəsit düşüncəsi və kobud davranışları ilə bağlı teleşirkətdə dolaşan lətifələr çox şeylərdən xəbər verir.

Hər il dövlət büdcəsindən milyon manatlarla vəsait ayrılsa da, AzTV heç on il əvvəlki səviyyəsini də bərpa edə bilmir. Əvəzində ekranlardan ötən əsrin 60-70-ci illərinin havası gəlir.

Bəli, texnika yeniləşib, müasir çəkiliş və montaj avadanlığı alınıb işlənir, yaxşı effektlərdən istifadə olunur.

Amma yaradıcılıq tərzi, mövzulara yanaşmada düşüncə və təfəkkürün səviyyəsi, proqram tərtibatı və yayımın idarəçiliyi əsl sovet dövrünü xatırladır.

Pullu AzTV özəl televiziyaların proqram formatını yamsılamaqdan (bəzən oğurlamaqdan) çəkinmir, düşük mövzularda verilişlər verir, o cümlədən vəzifəli və pullu adamların ölüb-itənləri barədə portret “filmlər” göstərir.

Orijinal veriliş, tamaşa və film istehsalı minimuma enib, ekranda musiqidən başqa heç bir mövzu müzakirə olunmur, efir təkrarların və xüsusən xarici filmlərin hesabına doldurulur.

Bir neçə gün öncə Azərbaycan prezidentinin sərəncamı ilə işdən azad edilən AzTV-nın maliyyəçi sədri Arif Alışanovun komandası təlaş içindədir. Çünki illərlə qeyri-qanuni yolla topladıqları sərvətləri əllərindən alına bilər.

Arif Alışanovun vəzifədən kənarlaşdırılmasından ən cox narahatlıq kecirən Nazim Mürsəlovdur. Məlumatda bildirilir ki, N. Mürsəlov A. Alışanovun “sağ əli” sayılırmış.

O, vaxtıylə AzTV-də qaynaqçı işləsə də, sonradan himayədarının dəstəyi ilə İctimai Televiziyanın baş direktorunun texniki işlər üzrə müavini vəzifəsinə qədər yüksəlməyi bacarıb.

Hətta deyilənə görə, qeyri-rəsmi olaraq İTV-nin baş direktoru vəzifəsini icra edirmiş (İTV son 5 ildə Alışanovun idarəetməsində olub).

İddia olunur ki, əslində, İTV-nin kecmiş baş direktoru Cəmil Quliyevə işləməyə imkan verməyən, verilən tapşırıqları yerinə yetirməyən və ya işi özünə sərf edən formada icra edən, idarəetmənin nə olduğunu anlamayan Nazim Mürsəlovun İTV-də öz səviyyəsinə uyğun bir “şər qrupu” da fəaliyyət göstərirmiş.

Onun formalaşdırdığı qrup orada çalışan istənilən peşəkar əməkdaşı şərləyib, lazım gələndə üzünə duraraq həmin şəxs haqqında mənfi rəy yaradırmış.

Sonra isə Nazim Mürsəlov öz mafiya babası saydığı Arif Alışanova bu barədə məlumat verərək öz istəyini həyata kecirirmış.

Hətta bu qrupun üzvləri İTV-nin baş direktoru (artıq keçmiş) Cəmil Quliyev haqqında da müxtəlif şaiyələr yayaraq onu gözdən salırmışlar.

Çünki bu tapşırığı onlara birbaşa baş direktor vəzifəsinə iddialı olan, təkəbbürü yerə-göyə sığmayan Nazim Mürsəlov verirmiş.шаблоны для dle 11.2

Oxunub: 14 309






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23