Xanhüseyn Kazımlının villasının əlindən alınmasının sensasion pərdəarxası...

Xanhüseyn Kazımlının villasının əlindən alınmasının sensasion pərdəarxası...
Deputat Xanhüseyn Kazımlının “Yapı Kredi Bank Azərbaycan” QSC-yə borc müqabilində girov qoyulan Novxanıdakı villasının əlindən alınması sirri açılıb.

Cahan.info-nun xəbərinə görə,
X.Kazımlı devalvasiyadan sonra banka olan borcunu bağlamaq üçün könüllü şəkildə villasının müsadirəsinə razılıq verib.

Bunun deputatın özünə sərf etdiyi deyilir. Çünki bu zaman maliyyə əməliyyatında qazanmış olur. Yəni, heç də onun villası əlindən çıxmayıb. Sadəcə, maliyyə-valyuta spekulyasiyası edib.

Üstəlik, onun oğlu Fəxri Kazımov "Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu"nun İdarə Heyətinin sədridir. Bu halda deputatın villasına necə əl qoyula bilərdi?

F.Kazımov özü bu işləri yaxşı bilir və atasını vəziyyətdən çıxarmaq üçün villanı dəyər-dəyməz qiymətinə banka təhvil verməklə borclardan xilas olub.

Belə ki, 2014-də “Yapı Kredi Bank Azərbaycan” QSC ilə üçüncü şəxs “Aqroflora” MMC arasında illik 12% olmaqla 36 ay müddətinə 400 000 manat məbləğində kreditin verilməsinə dair 137970/01 nömrəli kredit müqaviləsi bağlanıb.

Kreditin təminatı olaraq deputata məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 301,5 kvadrat metr olan 332E nömrəli ev bankın xeyrinə yüklü edilib.

Bundan əlavə, həmin tarixdə bank ilə millət vəkilinin özü, Kazımov Dəyanət Qüdrət oğlu, Kazımova Əsli Xanhüseyn qızı arasında zaminlik müqavilələri bağlanıb.

Xanhüseyn Kazımlı apellyasiya şikayətində, ona məxsus evin ilkin satış qiyməti kimi müəyyən edilən 700 000,00 manat məbləğin evin real bazar dəyərindən qat-qat aşağı hesablandığını vurğulayıb.

“Millət vəkili Xanhüseyn Kazımlının oğlu Samir Kazımlı mənə borclu olduğu 13 min 633 manatı vermək istəmir” – bir neçə il qabaq isə bunu baytarlıq aptekinin sahibi Mərdan Məmmədov bizimxeber.az-a göndərdiyi müraciətində qeyd etmişdi. Yəni, Kazımlıların borcu qaytarmamaq ənənəsi var imiş.

Cahan.info yada salır ki, millət vəkillərindən Xanhüseyn Kazımlı və Rəfael Cəbrayılovun əmlakına həbs qoyulub.

Bu haqda gununsesi.info yazmışdı. Sözügedən millət vəkillərinin banka külli miqdarda borcu var, onların bankda girov olan əmlakı satışa çıxarılıb.

X.Kazımlı xəbəri nə təsdiq, nə də təkzib edib: “Hazırda yanımda toplantı var. Bu səbəbdən də danışa bilmirəm, bu haqda sizi məlumatlandıracam”-, deyə o bildirib. Bildirilirdi ki, Azərbaycanda depozit portfelinin həcminə görə, ölkənin ikinci bankı olan “Bank Standart”da ciddi problemlər yaranıb.

Bank həm xarici kreditorlar, həm də əmanətçilər qarşısında öhdəliklərini icra edə bilmir.

Bankın əksər flialları bağlanıb, kartlar üzrə əməliyyatlar dayandırılıb, kredit verilişi tamamilə mədudlaşdırılıb. Bank işçilərinin əmək haqqları da son aylarda gecikdirilib və ya bir qismi, ümumiyyətlə, ödənilməyib.

”Bank Standart” aylardır ki, depozit sahiblərinə ödənişlər edə bilmir və bu səbəbdən əmanətçilərin ciddi təzyiqi ilə üzləşib. Vətəndaşlar əmanətlərini geri almaq üçün hər gün bankın əsas binasının qarşısına toplaşırlar.

“Bank Standart” qaytarılmayan kreditlərin həcminə görə də banklar arasında “lider” mövqelərdən birini tutur. Qeyd edək ki, banka borcu olan yürsək vəzfə sahibləri, iş adamları ilə danışıqlar aparılır.

Əgər yaxın müddətdə onlar borclarını ödəməsə, ölkədə Beynəlxaq Bank ətərafında cərəyan etmiş hadisələr təkrarlana bilər. Yəni, “Bank Standart” dövlətin nəzarətinə keçdikdən sonra borclu müştərilərin həbsinə start veriləcək.

Xatırladaq ki, Beynəlxalq Bankdan kredit götürmüş yüzlərlə şəxs həbs olunmuşdu və onlara qarşı cinayət işi açılmışdı.

Çox maraqlıdır ki, X.Kazımlı ilə bağlı bu proseslər getdiyi bir vaxtda Azərbaycan Dövlət İqtisad Universitetinin qiymət və qiymətləndirmə kafedrası bağlanıb. Bununla bağlı UNEC-in Elimi Şurasının qərarı ilə ləğv edilib.

Məlumatı Azərbaycan Dövlət İqtisad Universitetindən təsdiqləyiblər. Sözügedən kafedranın müdiri Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı olub.шаблоны для dle 11.2

Oxunub: 1 796






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23