Sərxoş halda dava salan deputatın qalmaqallı tryukları, seçici gileyi - Açıqlama...

Sərxoş halda dava salan deputatın qalmaqallı tryukları, seçici gileyi
Deputat Kamran Nəbizadənin Bakının mərkəzində yerləşən restoranlardan birində sərxoş halda dava salması sosial şəbəkələrdə gündəmə çevrilib

Cahan.info yazır ki,
özünü pis tərəfdən göstərən növbəti bir deputat vətəndaşlar tərəfindən qınanıb.

Bu günə kimi heç zaman yada düşməyən, seçiciləri ilə görüşləri, parlamentdə çıxışları ilə diqqət çəkməyən K.Nəbizadə adlı bir deputatın içkili halda restoranda dava salmaqla gündəmə gəlməsi onun fəaliyyətinin istiqamətini ortaya qoyur.

Onun içki halda dava salmasını haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev görüb. Jurnalistin sözlərinə görə, deputatın sərxoş halda saldığı dava onun gözlərinin qarşısında baş verib.

Anlaqlı vəziyyətdə olmayan, ayaq üstə güclə dayanan Kamran Nəbizadə kütləvi davaya səbəb olub. Yalnız restoranın mühafizə xidməti işə qarışandan sonra davanın qarşısını almaq mümkün olub.Sərxoş deputatı birtəhər maşına oturdub evə aparıblar.

Bir neçə həftə öncə İspaniyada BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun sərxoş vəziyyətdə dava salması ilə bağlı qalmaqal yaşanmışdı.

K.Nəbizadə mətbuat diqqət mərkəzinə qalmaqalla 2015-ci ildə gəlmişdi. Qazax rayon sakinləri adından 107 saylı Qazax seçki dairəsində baş verənlərlə bağlı müraciət yayılmışdı.

Moderator.az-da yayımlanmış müraciətdə bildirilirdi ki, İcra Hakimiyyətinin göstərişi ilə və Kamran Nəbizadənin əlaltısı Məmməd Alıyevin nəzarəti altında, rayonda dövlət qulluğunda, vəzifədə çalışan şəxslərin kimlikləri yığılır.

Yəni, üzünü görmədiyimiz insan öz evində rahat-rahat oturur və bütün rayon rəhbərliyi inzibati resurslardan yararlanmaqla, onun kampaniyasını həyata keçirir.

Və tam əksinə, rayonda tanınan, hörməti olan və aktiv təbliğat-təşviqat kampaniyası aparmaq istəyən namizədlərin işinə əngəl törədilir.

Bundan əlavə onun yüksək vəzifəli şəxslə qohumluğu deputat olmasında tramplin rolunu oynayıb. Odur ki, K.Nəbizadə qazaxlılar üçün tanınmış sima deyil. Seçicilər onunla nə vaxt görüşdüklərini xatırlamırlar.

Millət vəkili yalnız arabir Qazax RİH-nin rəsmi tədbirlərində iştirak edir. Onun Azərbaycan Sənaye Korporasiyasının baş direktoru təyin olunması deputatlıq fəaliyyətini ikinci plana salıb.

Üstəlik, K.Nəbizadə xarici səfərlərdə olur, Azərbaycanı Avropada təmsil edir, onun içkili halda dava salmaqla, qalmaqallı hadisə ilə gündəmə gəlməsi yaxşı hal deyil.

Prezident ona etimad göstərib, həm baş direktordur, həm deputatdır. O isə sərxoş halda dava salması ilə ad çıxarır. O, report-a deyib ki, barəsində yayılanlar həqiqəti əks etdirmir: “Yalan xəbərlərdir”.

Hörmətli millət vəkilinin mövqeyini dərc etməyə hazırıq. шаблоны для dle 11.2

Oxunub: 1 446






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23