Azad Rəhimovun qohumunun narkoman ər tərəfindən qətlinin ən son təfərrüatı...

Azad Rəhimovun qohumunun narkoman ər tərəfindən qətlinin ən son təfərrüatı...
Bakıda əri tərəfindən 5-ci mərtəbədən atılaraq öldürülən Adelya Taxveli gənclər və idman naziri Azad Rəhimovun qohumu imiş

Cahan.info xəbər verir ki,
30 yaşlı Adelyanın anası nazirin xalası qızıdır.

Bu məlumatı yayan qafqazinfo.az yazıb ki, gənc xanımın Amerikada təhsil aldığı, həyat yoldaşı Ramiz Taxveli ilə sevərək ailə qurduğu bildirilir.

Onların bu nikahdan iki uşağı var. Cütlüyün toyunda nazir A.Rəhimov və ailəsi də iştirak edib.

Adelyanın ata tərəfi də tanınmış nəsildir. Nənəsi Ədilə Namazova Tibb elmləri doktorudur. Adelyaya da onun adını qoyublar. Atası Azər Namazov isə ixtisasca həkimdir. Sözügedən ailə bir müddət əvvəl medianın gündəminə mülklə bağlı gəlib.

Adelyanın atası A.Namazov həyat yoldaşı Samirə Süleymanovadan şikayətçi olaraq hədə-qorxu ilə evinin əlindən alındığını bildirmişdi.

Hətta tərəflər Səbail Məhkəməsində üz-üzə gəlmişdilər. Adelyanın əri “Buta Palace”nin art direktoru Ramiz Taxvelidir.

Əldə etdiyimiz xəbərə görə, onlar uşaqların qarşısında mübahisə etməmək üçün balkobna çıxıblar. Narkotik maddənin təsiri altında olan Ramiz Adelya ilə mübahisə edib və onu itələyərkən qadın yıxılaraq ölüb.

R.Taxveli narkotik maddənin təsiri altında arvadını balkondan ataraq öldürdüyünü etiraf edib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Artıq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hadisə Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib.

Məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb. R.Taxveliyə məxsus “Lexus” markalı avtomobilə baxış zamanı 5,647 qram marixuana aşkar edilərək götürülüb.O, Azərbaycan SSR Xalq Artisti Gülağa Məmmədovun qızının övladıdır.

Adelya Taxveli ilə həyat yoldaşı Ramiz Taxveli arasında dərin sevgi münasibətləri olub. Adelya Taxveli internet gündəliyində tez-tez sevgi duyğuları barəsində qeydlər edirmiş və şeirlər yazırmış.

Onlar müxtəlif tədbirlərdə də birgə iştirak edib və bəzi mərasimləri təşkil ediblər.Onların böyük uşağı olan 10 yaşlı qızları psixi çatışmazlıqdan əziyyət çəkir.

Münaqişə zamanı kişi həyat yoldaşını hərəkətlərinə görə qınayıb. Qətl də aralarındakı yanlış anlaşma səbəbindən baş verib.

Son zamanlar cütlük arasında tez-tez bu qəbildən olan münaqişələr baş verirmiş. Hadisə baş verən gecə də, qadın ərinin ittihamlarına cavab verərkən onunla mübahisə edib. Kişi isə bu zaman özünü saxlaya bilməyib və qadına qarşı sözügedən cinayəti törədib.

Sabiq polis rəisi Mahmud Hacıyev baş verən dəhşətli olayla bağlı “Yeni Müsavat”a deyib ki, narkotik vasitənin təsiri altında cinayət törədən şəxslər cəmiyyətdən təcrid olunmalıdır:

“Belə hallarda yanaşma bir qədər fərqlidir. Araşdırmaq lazımdır ki, adam ”şiravoy", yəni pis formada narkoman olub, yoxsa təzə başlayan narkotik istifadəçisidir. Ola bilər “lomka”sı tutub, belə bir ağır cinayət törədib.

“Lomka”sı tutan narkomandan başqa nə gözləmək olar?! Cinayət və yenə də cinayət! Yəni söhbət qısqanclıq, qisasçılıq, xuliqanlıq zəminində törədilən cinayətdən getmir".

İndi gözlər Azad Rəhimovdadır. Hər kəs bu olayla bağlı nazirin necə davranacağını maraq edir. Təbii, ailənin hazırda ağır günləridir, gənc bir qadın heç nədən həyatını itirib.

Qadının həyat yoldaşının narkoman olduğunu yəqin ailədə hər kəs bilib. Fəqət bunu bilə-bilə gənc qadının və iki azyaşlı uşağın narkomanla eyni evdə yaşamasına göz yummaq ciddi mənəvi məsuliyyət yaradır.

Bəzi iddialara görə, gənclər və idman naziri baş verən olayı ciddi diqqətdə saxlayır. Deyilənə görə, o, hüququn imkan verdiyi həddə qədər, xalasının nəvəsinin qatilinə məhkəmədə ən ağır cəzanın verilməsinə nail olmağa çalışır.

O da bildirilir ki, ailə buna görə hətta xaricdən nüfuzlu vəkillərin dəvət olunması variantını da gözdən keçirir.шаблоны для dle 11.2

Oxunub: 1 721






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23