Media əri tərəfindən başı qırxılan qadının fotosunu verməliydimi?

Media əri tərəfindən başı qırxılan qadının fotosunu verməliydimi?
Misirli aktrisa Rania Yusub tədbirə açıq paltar geyindiyinə görə 5 il müddətinə həbs oluna bilər. BBC qadının bütöv şəklini vermir, paltarın açıq hissəsini göstərmir ki, başı onsuz da bəlada olan aktrisanın işini daha da çətinləşdirməsin. Bu qədər incə düşünürlər, bu qədər ehtiyatlı davranırlar.

Cahan.info-nun verdiyi məlumata görə,
bizdə qadının təhqir olunduğu video elə həvəslə tirajlanır mat qalırsan. Bu adamlar bircə saniyə artıq düşünmək istəmirlər. Ömürlərini əzbərlərlə yaşayırlar.

Müsəlman olduqlarına, vicdanla yaşadıqlarına inanırlar. Texnologiya, elm, peşəkarlıq cəhənnəm, insanlıqda, humanizmdə də dünyadan geri qalırıq.

Söhbət Azərbaycan mediasının və sosial şəbəkələrin xəyanətə görə əri tərəfindən saçı qırxılan, təhqir edilən və fotosu fon verilmədən yayılan qadından gedir.

Əfsuslar olsun ki, nə peşəkar media, nə sosial şəbəkə qaydaları gözləmədi, qadını aləmə rüsvay edərək əri ilə bu məsələdə şərik oldular.
Hələlik adı və soyadı məlum olmayan kişi bu addımı qadının xəyanətini aşkarladığına görə atdığını, qadının isə Mingəçevirdə yaşadığını iddia edib.

Musavat.com yazıb ki, hadisə iddia edildiyi kimi, Azərbaycanda yox, Kislovodsk şəhərində baş verib. 3 ay əvvəl yaşanan hadisə indi bizim ölkədə yayılmağa başlayıb.

Xəyanətdən xəbər tutan və həyat yoldaşını bu cür cəzalandırmağa çalışan kişi onun videosunu çəkərək, yaxınlarına, qohumlarına göndərib.

Məlumata görə, videonu sosial şəbəkələrdə ər yaymayıb. Ailə hazırda videonu yayanın kimliyini tapmağa çalışır. Ehtimal edilir ki, video qısa zamanda ailənin yaxın ətrafı arasında yayılıb və sonunculardan kimsə ailənin icazəsini almadan onu yayıb.

Xəyanətə uğrayan kişi əslən Gəncədən, həyat yoldaşı isə Mingəçevirdəndir. Kişinin anası öz qohumlarından olan bu qızı oğlu ilə evləndirib. Bir müddət sonra ailə Kislovodska köçməli olub.

Amma sənədlərində yaranan problemlərə görə gəlin 5 yaşlı qızı ilə Bakıda qalmalı olub. Kişinin qohumlarının iddiasına görə, xəyanət halları da məhz bu ərəfədə baş verib. Onun üstünün açılması isə çox çəkməyib.

Cahan.info sayta istinadən xəbər verir ki, gəlinin telefonla çox oynaması, ona daim şübhəli zənglərin gəlməsi, davamlı mesajlaşması diqqət çəkib.

Bunu aydınlaşdırmaq üçün əri onun telefonunun kartını yoxlatdırıb. Telefonda qadının yad kişilərlə çəkilmiş xeyli intim foto-videoları yer alıb.

İddialara görə, qadın bir yox, çoxlu sayda kişi ilə parallel görüşür və hər bir görüşünü özü telefonla çəkərək, yaddaşda saxlayırmış.

Bundan başqa, anası ilə qalan 5 yaşlı qızı da atasına, nənəsinə anasının tanımadığı kişilərlə görüşdüyünü təsdiqləyib. Bundan sonra da kişi bu cür intiqam formasına əl atıb.

Hazırda ailə boşanıb, uşaq anasından alınıb və atası ilə birgə yaşayır. Qadının isə Mingəçevirə geri qayıtdığı iddia olunur.

Məlumatlarda həmçinin qeyd olunur ki, xəyanətə uğrayan ər olduqca imkanlıdır, böyük biznesi var.

Amma söyüşlərlə müşayiət olunan videosu barədə yaxınları deyirlər ki, ümumiyyətlə, kişinin ailəsi olduqca söyüşcüldür və bu cür danışıq tərzi aralarında qəribə qarşılanmır.

Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi məsələyə münasibət bildirib. Komitədən bildirilib ki, hadisədən xəbərdardırlar.
Məsələ onların nəzarətindədir və hadisə ilə bağlı yaşayış yeri üzrə monitorinq komissiyası tərəfindən iş aparılır.

Tərəflərin mövqeyini dinləməyə və işıqlandırmağa hazırıq. шаблоны для dle 11.2

Oxunub: 670






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23