Orduxanları, Vidadiləri, Qurbanları efir gündəminə kim gətirir? - İddialar

Orduxanları, Vidadiləri, Qurbanları efir gündəminə kim gətirir?
Son vaxtlar sosial şəbəkələrdən - Feysbukdan, İnstaqramdan söyüş və təhqir tribunası kimi istifadə edənlərin, mənəvi dəyərlərini itirənlərin sayı sürətlə artmaqdadır.

Cahan.info-nun verdiyi məlumata görə,
onları məqsədli şəkildə gündəmə gətirən, sponsorluq edən qüvvələr var.

Bu mövzuda geniş yazı ilə çıxış edən axar.az yazıb ki, onların içində əsas adı çəkilənlər Vidadi İsgəndərli və Orduxan Teymurxandır.

Amma adları qoşa çəkilsə də, bunlar da xeyli fərqli adamlardır. Bunları birləşdirən yeganə əlamət söyüşün, zibilin içində eşələnməkləridir.

Vidadi İsgəndərlinin danışığına, hərəkətlərinə diqqət etsək dərhal hiss olunur ki, bu adamın psixi problemləri var. Necə deyərlər, Allah adamı vuranda, əvvəl ağlını başından alır.

Belələri sosial şəbəkələrdə, elə Yutubda da yetərincədir. Özlərini “cinayətkar aləmin” nümayəndəsi kimi qələmə verən, söyüş-nifrinləri yel dəyirmanı kimi üyüdüb-tökənlər “en” qədərdir. Sadəcə olaraq, burda adlarını çəkmək, yazını zibilləmək istəmirəm.

Bu adamların sözlərini, söyüşlərini eşidəndə, kişilərin tükləri biz-biz olur, indi görün qadınlar nə çəkir. Sanki bunların ana-bacıları, arvad-uşaqları yoxdur.

Bunlar bir qayda olaraq, yaxın keçmişdə həbsxana həyatı yaşayan, orda bu və ya başqa səbəbdən aşağılanmaya məruz qalan, psixikası pozulan adamlardır.

Türmədən çıxandan sonra bütün dünyaya düşmən kəsilirlər, hamıdan qisas almaq, hamını aşağılamaq istəyi ilə alışıb yanırlar. Bunlar əsl manyakdırlar və özlərinə diqqəti cəlb etmək üçün söyüşlərinə, təhqirlərinə ünvan seçdikləri şəxslər də, bir qayda olaraq, cəmiyyətdə yüksək nüfuz sahibi olanlar, yaxşı tanınanlardır.

Cahan.info-nun verdiyi məlumata görə, Orduxan Teymurxan isə fərqlidir, bunun başı, psixikası yerindədir. O, sadəcə olarq video-blogerdir, ya da bu statusa iddia edir.

Hər halda, onun əsas maraqları biznes maraqlarıdır. İş ondadır ki, Yutubda kanal açdıqda və müəyyən baxış sayına malik olduqda, yaxşı pul qazanmaq olur.

Məsələn, baxış sayı on mini keçərsə, siz reklamdan, alğı-satqıdan pul qazana bilirsiz, sosial şəbəkələri öz biznesinizə cəlb edirsiz və Yutub özü də sizə pul ödəməyə başlayır.

Amma bunun üçün savad, istedad olmalıdır, video-bloger ən azı bir il konkret istiqamətdə işləməli və hər gün izləyiciləri maraqlandıracaq canlı video-süjetlər yükləməlidir.

Bu keyfiyyətlərdən məhrum olanlar ya bankrot olur, ya da tamam başqa, şərəfsiz, həm də zəhmətsiz qazanc yolu tuturlar. Axırıncılar özlərini tanıtmaq, baxış saylarını artırmaq üçün qəbul olunan və olunmayan bütün yollara əl atırlar.

İkincisi - Vidadi İsgəndərli və Orduxan Teymurxan kimiləri Azərbaycanın televiziya kanallarında göstərməyə başlayıblar. Doğrudur, səssiz kadrlardır, amma “siçovullar”ın reklamına xidmət etmirmi?!

Axı, biz elliklə “sehirli yeşiyin” pərvanəsiyik, bizdə televiziya kanallarının auditoriyası sosial şəbəkələrdən on, yüz dəfələrlə böyükdür. Vidadi İsgəndərlinin, Orduxan Teymurxanın da istəyi bu deyildimi?

Axı, yuxarıda qeyd etdim ki, bunlar fərqli adamlar olsalar da, fərqli məqsədlər tutsalar da, reklam olunmaq, baxış saylarını artırmaq üçün dəridən-qabıqdan çıxırlar.

Olsun ki, biri maniakal psixoloji tələbatdan, o biri acgöz maddi maraqdan, amma fərqi nədir, biz onların dəyirmanına su tökmürükmü?Qurban Məmmədovla Qənimət Zahidovun mahiyyətləri bir olsa da, məqsədləri xeyli fərqlidir.

Bu bədbəxt adamların hər ikisi siyasi dəllallıqla (yeri gəlmişkən, bu qrupu “siyasi dəllallar” da adlandırmaq olar) məşguldur, sözdə bir şeyi deyirlər, işdə isə başqa əməli törədirlər.

Birinci Londonda oturub, bir televiziya qurub, xilaskar obrazı yaratmaq və siyasi ambisiyalarını bu yolla reallaşdirmaq istəyir.

Odur ki, “məmə deyəndən pəpə yeyənə” kimi, Azərbaycanın içində və çölündə iqtidardan narazı olan kimsə varsa, öz televiziyasına dəvət edir və tribuna verir.

Özündən olsa, bu narazıları internet-televiziya vasitəsilə öz ətrafında birləşdirmək, Bakıda ümumxalq mitinqləri keçirmək, bu mitinqlərin dalğasında Azərbaycana qayıtmaq və hakimiyyəti ələ almaq istəyir. Bir sözlə, yeni bir “İmam Xomeyni” obrazı yaratmaq niyyətindədir. Ancaq burda o, həmin dəvəquşu mislindədir - başını torpağa gizlədib, quyruğundan xəbərsizdir.

Əvvəla, Qurban Məmmədov səviyyəli adamın Londonda oturub Azərbaycanda inqilab etmək istəyi “stəkanda fırtına qoparmağa” bənzəyir, odur ki, onun verilişlərini maksimum iki-üç min adam izləyir.

Sonra, onun məqsədini siyasi ambisiyası olanların hamısı hiss edir və dərhal “freedom”u tərk edir. Sonda Qurban Məmmədovun meydanı da Pənah Hüseynov, Rəhim Qazıyev kimi “qoca qurdlar”ın ümidinə qalır...шаблоны для dle 11.2

Oxunub: 4 334






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23