Bakı-Astana-Minsk triosu Ermənistanı necə təcrid edir? - Pərdəarxası...

Bakı-Astana-Minsk triosu Ermənistanı necə təcrid edir?
Azərbaycan Prezidentinin uğurlu diplomatiyası nəticəsində Ermənistanın təcridi geniş miqyas alır və Yerevanın müttəfiqləri artıq ona qarşı Bakının yanında yer tutur.

Cahan.info-nun analitik mərkəzi yazır ki,
hazırda işğalçı Ermənistanın yeni hakimiyyəti öz sələfləri - cinayətkar R.Köçəryan və S.Sarkisyan rejimlərinə xas olan primitiv təbliğat ənənələrini davam etdirərək daxili və xarici siyasətdə uğursuzluqlarının, sosial-iqtisadi böhranın ölkədə getdikcə dərinləşməsinin, özünütəcrid siyasətinin və bütün qlobal, eləcə də, regional layihələrdən kənarda qalmasının səbəblərini təkcə Azərbaycanın uğurlu xarici siyasətində deyil, onunla müttəfiq olan, haqlı mövqeyini dəstəkləyən Belarus və Qazaxıstan kimi böyük dövlətlərdə də axtarır.

Bu kontekstdə bir xüsusi məqama da diqqət yetirək. Azərbaycanın dövlət başçısının Minsk səfəri ərəfəsində - noyabr ayının 12-də Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilovu qəbul etmişdir.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfərinin proqramı müzakirə olunmuş, eləcə də dövlətlərimiz arasında qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığın perspektivlərindən danışılmışdır.

Həmin söhbətdə A.Lukaşenko tamamilə epizodik olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postu ilə bağlı Ermənistanın yaratdığı problemlərə və rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyinə də toxunmuşdur.

Yeri gəlmişkən, KTMT-də söz sahibi olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev də təşkilatın baş katibi postuna növbəti təyinatın Ermənistan nümayəndəsinə verilməsini məqsədəuyğun hesab etməmişdir. Çünki Ermənistanın bu posta dair öz planları vardır.

Belə ki, sabiq baş katib Yuri Xaçaturov cinayət məsuliyyətinə cəlb olunduqdan sonra rəsmi Yerevan onu keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan ilə əvəz etmək arzusunda idi.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov yazıb ki, Belarus, Qazaxıstan və Azərbaycan arasında əlaqələrin hərtərəfli inkişafından, ortaq maraqların formalaşmasından, Ermənistanın isə bir dövlət olaraq həm MDB məkanında, həm də onun sərhədlərindən kənarda sürətlə nüfuzdan düşməsindən, bütün inteqrasiya proseslərindən kənarda qalmasından xoflanan və bunu hakimiyyəti üçün ciddi təhdid kimi dəyərləndirən Nikol Paşinyan dərhal özünəməxsus ekssentrik reaksiya vermişdir.

O, Belarus və Qazaxıstan prezidentlərini "Ermənistanı təkləməkdə”, erməniləri "kiçik xalq” kimi tanımaqda ittiham etmiş, hətta onlara hədə-qorxu gəlməkdən, mövqeləri ilə bağlı "ciddi izahat tələb edəcəyini” bildirməkdən çəkinməmişdir.

Bununla da böyük siyasətin davranış, etika qaydalarından tam xəbərsiz olduğunu göstərmişdir. Üstəlik, Yerevanda keçirdiyi mətbuat konfransında çılğınlıqla həmin dövlətləri "Ermənistanın maraqları ilə hesablaşmağa məcbur edəcəyini” bildirmişdir.

Böyük siyasətdə, hətta Avrasiya İqtisadi İttifaqı (AİT) və KTMT səviyyəsində oyundankənar vəziyyətdə qalan Ermənistan "prokurorluq” iddiasına baxmayaraq, nə Belarus, nə də Qazaxıstanla iqtisadi-siyasi əlaqələrində hansısa irəliləyişə dair pozitiv misal göstərə bilmişdir.

Statistik göstəricilər isə həm Azərbaycanın, həm də natamamlıq kompleksindən əziyyət çəkən Ermənistanın həmin dövlətlərlə münasibətlərinin yalnız bir istiqaməti - ticarət əlaqələri haqqında obyektiv mənzərə yaratmaqdadır.

Məsələn, Ermənistan digər dövlətlərlə, o cümlədən Belarus ilə iqtisadi və ticari əlaqələrdəki "uğurlar”dan danışanda konkret ixrac və idxal göstəricilərinə deyil, ümumi əmtəə dövriyyəsinə dair rəqəmlərə istinad etməyi üstün sayır.шаблоны для dle 11.2

Oxunub: 598






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23