İraqlı bloger Bakını qarışdırdı: ərəblərə seks xidməti nəzarətdə - Pərdəarxası...

ərəblərə seks xidməti nəzarətdə
İraqlı bloger Əli Əthabın Azərbaycana gələn ərəb mənşəli turistlərin həyat tərzi haqqında hazırladığı reportaj böyük rezonans doğurub

Cahan.info xəbər verir ki,
həmin video reportaj sosial şəbəkələrdə müzakirələr açıb. Bloger reportajda Azərbaycanda ərəblərin gecə həyatı yaşadığını və yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olduqlarını müşahidə edib.

Ali Əthab iddia edir ki, ərəblər Bakıda gecə klublarında tanış olduqları qadınlarla cinsi əlaqədən sonra QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyinə tutulur. Blogerin iddiasına görə, Bakıda 8 min ərəb bu dəhşətli xəstəliyə yoluxub.

Reportajda ərəblərin gecə klubunda əylənməsi, fahişələrlə qiymət bazarlığı və oteldən görüntüləri də əks olunub.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova modern.az-a açıqlamasında səsləndirilən rəqəmin absurd olduğunu bildirib.

“Təmiz Dünya” Qadınlara Dəstək İctimai Birliyinin sədri Mehriban Zeynalova isə deyib ki, onların arasında kifayət qədər təbliğat aparılır, qoruyucular paylanır. Eyni zamanda, bu cür qadınlar vaxtaşırı İİV müayinəsindən keçirilir.

“Bilirsiniz, iraqlı blogerin səsləndirdiyi rəqəmlər absurddur. Elə bil kimsə oturub ağlına gələn rəqəmi ora yazıb. İkincisi də Avropa ölkələrinin hamısında bu cür xidmət göstərən qadınlar var. Hansı bir ölkədə yoxdur ki?

Avropanın mərkəzi şəhərlərində seks xidməti göstərənlər hətta maşınlarının üzərinə nömrələrini qoyurlar. Bu, bütün dünyada olan problemdir”.

Son vaxtlar ərəblərin Azərbaycanda istirahət zamanı iyrəncliklərə yol vermələri, səliqəsizliklərilə bağlı mətbuatda məqalələrin hazırlanması bəlkə də onlarda qıcıq yaradıb. Gürcüstanda ərəblərlə bağlı ciddi kampaniya başlamışdı. Bizdə isə onlara “gözün üstdə qaşın var” deyən yoxdur”.

Cahan.info xəbər verir ki, Bakıda ərəblərə seks xidməti göstərən qadınlara nəzarət gücləndirilir. Həmin məkanların təsbit olunması, fahişələrin əsasən harda xidmət göstərmələri araşdırılır.

News24.az əməkdaşı yazıb ki, əgər ərəb turist ölkəmizə tək təşrif buyurubsa, o zaman taksini bir başa çox məşhur klublardan birinə sürdürücək.

Və ya sürücü özü əməkdaşlıq etdiyi klubu təklif edəcək. Çünki taksi sürücüsü məkana gətirdiyi hər bir turistə görə faiz alır. Bu isə kluba görə dəyişir.

Proses isə belə baş verir: Müştəri kluba gətirilir, içəridə sürücüyə qəbz təqdim olunur, çöldə isə həmin çek kassaya təqdim olunaraq faiz alınır. Məbləğ isə 10 AZN-dən 30 AZN-ə qədərdir.

Hava limanında taksi sürücülərinin ərəbə görə davasına şahid olanlar yəqin ki, bunun səbəbini anladı. Keçək gecə saatlarında həmin klublarda və klubun qarşısında yaşanan traqi-komik hadisələrə…

Klubdan bezən ərəb sizcə hara üz tutur? Təbii ki, şəhərin tam mərkəzi “Tarovıy” adlanan yerə… Bura nəinki gecələr, günün 24 saatı işləyir.

Təbii ki, yenə də ərəblər üçün…

Burada xidməti ya qədim peşənin sahibləri bir başa edir, ya da bu işlərə baxan xüsusi bir adam olur. Həmin şəxs isə əksər hallarda kişi cinsinin nümayəndəsidir.

Yaxınlaşır, qiymət danışır və faizini alır. Bu qədər sadə. Gözümün şahid olduğu bir mənzərə doğrudan da məni mat qoydu. İki qadın söhbət edən 4 ərəbə yaxınlaşdı və özlərini onlara sürtərək uzaqlaşdı.

Gedərkən isə geri baxaraq onlara qaş-göz etdi. Bunu görən turistlər ağızlarının suyunu axıda-axıda onların ardınca yol düşdü. Sonra nə baş verdiyi barədə imanımı yandıra bilmərəm.

Həəə, yaxşı yadıma düşdü, vaxtı ikən el arasında “30 manatlıq” adlandırılanlar, hazırda dollarla fəaliyyət göstərir. Manatla köhnə qiymətə bir sıfır da artırıb olublar “300 manatlıq”… Dəyişib inkişaf etmək buna deyirlər?

Amma unutmaq lazım deyil ki, QİÇS xəstəliyi hələ də hər il dünyada milyonlarla insanın həyatına son qoyur. Elə onu nəzərə almaq kifayət edir ki, xəstəliyin qeydə alındığı tarixdən 77,3 milyon insan QİÇS-ə yoluxub.

Onlardan 35,4 milyonu (qeyri-rəsmi rəqəmlərə görə isə 49,9 milyona qədər) QİÇS üzündən həyatını itirib. Xəstəlik adından da göründüyü kimi, immun sistemini məhv edərək, insanların ən adi xəstəliklərdən belə ölməsinə səbəb olur.

Keçən ilin iyun ayına qeydə alınmış QİÇS-lə yaşayan insanların sayı 36,9 milyon insan təşkil edir. Qeyri-rəsmi rəqəmlər isə təxminən 31,1-43,9 milyon arası hesab edilir. 2017-ci ildə bu xəstəliyə yeni yoluxanların sayı 1,8 milyon təşkil edir.

Keçən ilin rəsmi rəqəmlərini əsas götürsək, hazırda 36,9 milyon (qeyri-rəsmi rəqəmlərə görə 44 milyona qədər) insanın bu xəstəliklə yaşadığını söyləmək olar. Bunlardan 1,8 milyonunun 15 yaşa qədər uşaqlar olması isə mənzərənin necə dəhşətli olmasını göstərir.

QİÇS-lə yaşayan insanların rəsmi rəqəmlərə görə 21,7 milyon nəfəri antiretrovirus terapiyası görür. Qeyd etmək lazımdır ki, müalicəyə cəlb olunanların sayı 2016-cı illə müqayisədə 2,3 milyon nəfər çoxdur.шаблоны для dle 11.2

Oxunub: 1 725






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23