Ərinin qohumu ilə xəyanət edən gəlin və qətl cəmiyyəti ikiyə böldü - Video

Ərinin qohumu ilə xəyanət edən gəlin və qətl cəmiyyəti ikiyə böldü
Elektron media və sosial media Qubada ərinin qohumuna qoşulub qaçan gəlindən danışır

Cahan.info-nun verdiyi məlumata görə,
əmisi nəvəsinin arvadı ilə münasibətinə görə döyülərək öldürülən Elşad Əsədov işi bütün KİV-də tirajlanır.

Bu məsələ cəmiyyəti ikiyə bölüb: bir tərəf hadisəni biqeyrətlik sayır, digər tərəf isə sevginin sərhədləri olmadığı qənaətindədir. Tərəflər mübahisəsi ölüm işində də haçalanır. Sosial şəbəkə aktivistlərinin bir qismi hesab edir ki, onları azad buraxmaq lazım idi. Əvəzində 5 nəfər həbsə getdi, bir nəfər öldü, qadın iki uşağı ilə tək qaldı.

Tutulanlar arasında 25 yaşlı Aynurun atası, dayısı, qayını və əri var. Təbii ki, bu məsələdə obyektiv fikir bildirmək çətindir.

Ancaq bəzi media ekspertlərinin fikrincə, Qubanın Tülər kəndində baş verən qətl hadisəsinin mətbuatda çox tirajlanması yolverilməzdir.

Kiçiyi yaş yarımlıq 2 uşaq anası Aynur Dadaşova bildirib ki, sevmədiyi adama ərə gedib və sonra onun qohumu Elşada aşiq olub.

O, etiraf edib ki, Elşada özü sevgisini etiraf edib və qaçmağı təklif edib. Ərinin qohumunu yoldan çıxaran gəlin Elşadın nişanlı olduğunu da bilirmiş. Bu məsuliyyətsizlik və xəyanət bağışlanmayıb. Əslində Elşad bir dəfə evli olub və boşanıb.

Onlar qaçarkən yaxalanıb, Elşad döyülüb, həmin an videoya alınıb, sonra ürəyindən vurularaq öldürülüb. Kənddə onun tabutunu qaldıran da olmayıb.
Cahan.info-nun verdiyi məlumata görə, media ekspertlərin KİV-in bu hadisəni çox araşdırmasının əleyhinədir. Onların fikrincə, ailədaxili məsələlərin ictimailəşdirilməsi təbliğata çevrilir, eləcə də medianı bayağışlaşdırır.

Təkcə bu hadisə deyil, hər həftə informasiya aldığımız ərin arvadını baltalaması, oğulun ananı öldürməsi, qardaşın bacını bıçaqlaması kimi xəbərlər azalmalıdır.

Bir müddət əvvəl Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirmişdi ki, bəzi media vasitələri kriminal xəbərlər üzərində cəmləşir və xəbəri şişirdirlər.

Sitat: “Əgər hər hansı ölkədə kriminal xəbərlər geniş yer alırsa, həmin ölkədə cinayətkarlıq artır, cinayətlərin xarakteri artır, cəmiyyətdə sosial gərginlik artmış olur, tolerantlıq azalır, cəmiyyətdə qorxu atmosferi artır.

Bəzən cinayətkarlar qəhrəman kimi təbliğ olunur ki, bu da öz növbəsində cəmiyyətdə mənfi örnək olur. Gənc bilmir ki, kim kimi ola bilər, qəhrəman kimi ola bilər və ya hansısa cinayətkar kimi ola bilər.

Ən qorxulusu isə odur ki, kriminal xəbərlər fonunda hüquq-mühafizə orqanlarının düşmən obrazı yaradılır və bu da çox mənf haldır”.

Cəmiyyət yazılı və elektron mətbuatın təqdim etdiyi kriminal xəbərlərə birmənalı münasibət bəsləmir. Belə xəbərə maraq göstərənlərlə yanaşı, onların təqdimatının əleyhinə olanlar da var.

İndi ilə müqayisədə təxminən 10-12 il öncə qəzetlərin manşetinə daha çox kriminal xəbərlər verilirdi. O zaman belə xəbərlərə aclıq hiss olunurdusa, sonralar cəmiyyət ondan sanki doydu.

Amma son vaxtlar bəzi xəbər saytları və telekanallar kriminal xəbərləri yenidən populyarlaşdırmağa başlayıblar.

“Bir ailənin beş üzvü avtomobil qəzasında öldü”, “Salyanda ot bağlaması yandı, tövlədə tüstüdən boğulan da var”, “Qaynanasını baltaladı”, “Arvadını bıçaqladı”, “Özünü asdı”…

[media=https://bax.tv/video/44954.html]шаблоны для dle 11.2

Oxunub: 304






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23