Putin “Lotu Quli”dən nə istəyir? - Hikmətin və Lənkəranskinin qətli, dələduzluq...

Putin “Lotu Quli”dən nə istəyir?
“Lotu Quli” ləqəbli kriminal avtoritetlə bağlı yeni proses başlanıb. Onun növbəti həbsə aparan yolu açırlar

Cahan.info xəbər verir ki,
Rusiya DİN İnterpola sorğu göndərib.

Bu barədə “Rosbalt” hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən xəbər yayıb. Onun Türkiyədə saxlanması və sərbəst buraxılmasına baxmayaraq, təhlükə sovuşmayıb.

Beynəlxalq axtarışda olan kriminal avtoritetin Rusiyaya mümkün ekstradisiya məsələsi ilə bağlı qərar verilməyib.

Əgər Səlifovu Rusiyaya ekstradisiya etmək mümkün olsa, o, bir sıra köhnə qətl işləri, o cümlədən “qanuni oğrular” Hikmət Muxtarov və Çingiz Axundovun güllələnməsi olayı ilə bağlı mühakimə olunacaq.

2018-ci ilin oktyabrında “Lotu Quli” ilk dəfə Türkiyədə saxlanılanda Rusiya DİN-i onun Moskvaya təhvil verilməsi üçün İnterpola müəyyən sənədlər yollamışdı. Lakin heç bir cavab ala bilməmişdi.

Əgər Səlifov çox dəhşətli cinayətlər törədibsə, Türkiyə onun Rusiyaya ekstradisiyasına razılıq verəcək. Rusiyada kriminal avtoriteti adam oğurluğu və dələduzluqla pul ələ keçirmə ittihamları gözləyir.

2016-cı ildə Türkiyədə əsas rəqibi Rövşən Lənkəranskini öldürməkdə günahlandırılırdı. Lakin bir gün sonra "Quli” azadlığa buraxılmış, barəsində çıxarılan deportasiya qərarı isə ləğv edilmişdi.

22 oktyabrda "Quli” ikinci dəfə Türkiyədə saxlanıldıqdan sonra Rusiya DİN-i yenidən ekstradisiya tələb etdi.

Məlumata görə, Rusiya artıq bir ildən çoxdur ki, Səlifovu insan oğurluğunda və zorla pul tələb etməkdə ittiham edir. Lakin o, bantizimdə də günahlandırıla bilər.
Səlifovun Rusiyada qida və meyvə-tərəvəzin topdansatışı ilə məşğul olan iş adamlarından xərac topladığı müəyyən edilib

"Sabah" qəzetinin yazdığına görə, Səlifovun adı 2016-cı ilin avqustunda İstanbulun Beşiktaş rayonundakı Barbarossa bulvarında, "Kabus" ləqəbli azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) atəşə tutularaq öldürülməsi ilə əlaqədar gündəmə gəlmişdi.

“Lüks cipində vurulan Canıyevə qarşı sui-qəsdin sifarişçisinin Səlifov olduğu iddia edilirdi. Ötən gün mediada yayılan xəbərlərə görə, Səlifovun Türkiyədən internet vasitəsilə videobağlantı quraraq Rusiyada qida və meyvə-tərəvəzin topdansatışı ilə məşğul olan iş adamlarından xərac topladığı müəyyən edilib.

Səlifovun həmin iş adamlarını videobağlantı vasitəsilə hədələdiyi və idarə etdiyi iddia edilir" - yazan qəzet, Səlifovun tez bir zamanda Azərbaycana ekstradisiya ediləcəyini bildirib.

Türkiyə mətbuatında o da yer alır ki, Rövşən Canıyevin öldürülməsindən sonra — 6 dekabr 2017-ci ildə İstanbul Baş Polis İdarəsinin Mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları Bahçelievlər səmtindəki AVM ticarət mərkəzinə basqın edib.

Həmin basqın zamanı "Şirinlər" adı ilə məşhur olan cinayətkar şəbəkənin üzvləri ilə, Rövşən Canıyevin qardaşı Namiq Canıyevin də aralarında olduğu 11 şübhəli saxlanılıb.

Kriminal dairələrə yaxın mənbənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Səlifovun həbsi barədə sifarişi Türkiyəyə Azərbaycan tərəfi versə də, əslində bu, Azərbaycanın yox, Rusiyanın sifarişidir.

Çünki Rusiya hüquq-mühafizə orqanlarının "qara siyahı"sında adı olan Lotu Quli oradakı iş adamlarının əsl başağrısına çevrilib. Sahibkarlar davamlı olaraq hüquq-mühafizə orqanlarına Qulidən şikayət ünvanlayırlar.

Xatırladaq ki, Moskva məhkəməsi 2017-ci ilin dekabrında Nadir Səlifov haqqında qiyabi həbs qərarı çıxarıb. Bu qərar əsasında Lotu Quli beynəlxalq axtarışa verilib. Moskva məhkəməsi kriminal avtoritetə qarşı bir sıra cinayət ittihamları əsasında bu qərarı verib.

Lotu Quli adamların oğurlanması və onların pullarının hədə-qorxu yolu ilə mənimsənilməsi barədə təlimatlar verdiyi üçün axtarışa verilib. Bundan əlavə, ona qarşı 210-cu maddə (cinayət qruplaşması qurmaq) ilə cinayət işinin açıla biləcəyi də ehtimal olunur. İstintaq Presnensk məhkəməsində Səlifovun qiyabi həbsi ilə bağlı iddia qaldırıb və bu iddia təmin edilib.

2018-ci ilin əvvəllərində isə Ukrayna Milli Polisi bildirmişdi ki, Lotu Quli adlı "qanuni oğru" Nadir Səlifovun yerli kriminal dairələr arasında artan nüfuzundan narahatdır.

25 il həbsxanada yatmış Nadir Səlifov Türkiyədə oturaraq ətrafına cinayətkar klan toplamağa başlayıb və paralel olaraq Ukrayna ərazisinə də öz təsirini yayır.шаблоны для dle 11.2

Oxunub: 306






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23