Prezident hirsli: Samir Şərifovun Qüdrət Şükürova görə başı “kötük”də - 400 milyon...

Samir Şərifovun Qüdrət Şükürova görə başı “kötük”də
“Bakı Lift-Təmir” İstehsalat Birliyinin işdən qovulan sabiq rəisi Qüdrət Şükürova maliyyə xəyanətlərinə görə cinayət işi açılması Maliyyə Nazirliyini də hədəfə gətirib

Cahan.info-nun verdiyi məlumata görə,
nazirlikdən Q.Şükürovun dövlət vəsaitlərini qeyri-şəffaf xərcləyərkən hara nəzarət etməsinin hesabı tələb olunur.

Bu cinayət işindən iki nəticə çıxa bilər: ya nazirlik göz yumaraq sabiq baş liftçi ilə əlbir olub, ya da səhlənkarlığa yol verərək nəzarət etməyib.

İkinci versiya inandırıcı görünmür və ona görə də deputat Aqil Abbas keçmiş məmurun 400 milyon yeyintiyə yol verməsinə görə Maliyyə Nazirliyini günahlandırıb.

O deyib ki, əsas məsələ Maliyyə Nazirliyinin bu qədər qanun pozuntusunu görməməsidir: “Deyilənə görə, 400 milyon yeyinti var. Maliyyə Nazirliyi deyilən bir qurum var.

Həmin nazirlik ildə ən azı iki dəfə Prezident Administrasiyasından tutmuş dövlət, özəl şirkətləri, hətta uşaq bağçasına qədər bütün qurumları yoxlayır.

Bu gün ağıllarına gəlib ki, o, nə qədər pul yeyib? Əvvəllər onun nə qədər qanun pozuntusuna yol verdiyini görməyiblər? Görməyiblərsə, ya müfəttişlər savadsızdır, ya da nəyinsə qarşılığında göz yumublar”.

Deputatın maliyyə nazirini hədəfə almasının səbəbləri sıradan deyil. İddialara görə, dövlət başçısı nazir Samir Şərifova bərk qəzəblidir. Bu, ikinci xoşagəlməz haldır və ölkənin adı beynəlxalq korrupsiyada hallanır.

Sabiq bankir Cahangir Hacıyevin ölkədən milyardlar çıxarması, Beynəlxalq Bankda baş verənlərə görə Samir Şərifovun o zaman hədəfə çıxarılması nazirin vəzifədən çıxarılması təhlükəsi yaratmışdı.

Hətta adı üç ölkənin agenti kimi hallanırdı. Bir müddət sonra ara sakitləşdi və nazir gündəmdən çıxdı. İndisə yenidən maliyyə skandalı ilə bağlı diqqət mərkəzinə düşüb.

Deputat haqlı oalraq soruşub ki, Qüdrət Şükürov 400 milyon mənimsəyəndə nazirlik hara baxırmış. İndi bir idarə müdiri, bir çinovnik belə 10 min manat yağmalayanda nazirliyin xəbəri olur, o ki qala 400 milyonluq maxinasiyalardan söhbət getsin.

Maliyyə Nazirliyinin bu vəziyyətdən ənənəvi qaydada çıxacağı da gözləniləndir. Sadəcə, məlumatlar dolaşır ki, prezident S.Şərifova möhkəm qəzəblidir və Şükürov işində nazirin başı gedə bilər.

Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlının yarıtmaz fəaliyyətinin sonu olduğu kimi, Maliyyə naziri Samir Şərifovun da vəzifədə son akkordları olduğunu təxmin edənlər var. Ekspertlər manatın devalvasiyası, maliyyə-bank sistemində sabitliyin pozulmasında S.Şərifovun da payının olduğunu vurğulayırlar.

Bunun davamı olaraq Beynəlxalq bank işi, Cahangir Hacıyevin məhkəmədə onu ittiham eləməsi, üç ölkəyə agentlik etdiyi barədə sensasion bəyanatlar S.Şərifovun vəziyyətini ağırlaşdırmışdı. Daha sonra onun oğlunun cins it saxlaması xəbəri Türkiyə mediasında yayımlandı. Bu dəfə isə hakimiyyətə növbəti kələyi gəlmək istəyən Qüdrət Şükürova görə maliyyə naziri hədəfə gəlib.

Cahan.info yada salır ki, nazir Samir Şərifovun övladının “Anadolu aslanı” kimi tanınan Kanqal (poyraz) it cinsini alıb saxlaması mətbuatın fantaziyası deyil. Bunu it fermasının sahibi Birol Başyiğit təsdiqləyib. Nazir balasının poyraza nə qədər pul xərclədiyini söyləmək çətindir.

Lakin onun bəslənməsi, qidalanması, çobanın zəhmət haqqısını hesablayanda S.Şərifovun övladının hansı harın həyatı yaşadığını təsəvvür etmək asandır. Nazir atasının maliyyə əməliyyatlarından, valyuta oyunlarından, Beynəlxalq Bank maxinasiyalarından çırpışdırdığı pullar Türkiyədə bir it fermasına səpələnir.

Şərifova mətbuatda və sosial şəbəkələrdə ölkənin maliyyə sistemini pozması, manatı məhv etməsi, yanlış valuya siyasəti yürütməsi barədə tənqidlər arı sancması qədər adidən adidir.

Nazir üç ölkənin agenti ittihamından və sorğu-sualından MTN işi hesabına “Böyük qardaş”a xidmət etməklə qurtula bildi. Hətta naziri narahat etmir ki, manat barəsində ona ünvanlanan tənqidlər hər hansı problem yarada bilər.

Andropov adına Xarici Kəşfiyyat İnstitutunda Putinin kurs yoldaşı olmuş Yuri Şvetsin maliyyə nazirini “Rusiya, Türkiyə və Amerika xüsusi xidmət orqanlarının agenti” adlandırması da…

Onun müsahibəsindən yalnız bir sitatı xatırladırıq: “Əldə olunan məlumatlar Rusiya kəşfiyyatına bu nəticəyə gəlməyə imkan verib ki, onların çoxdankı agenti, Azərbaycanın maliyyə naziri Samir Şərifov əslində üçqat agent olub və bəzən paralel olaraq, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına da işləyib.

Rusiyalılar əmindilər ki, Şərifovu Türkiyə kəşfiyyatı 1989-1990-cı illərdə Cənubi Yəməndə işlədiyi vaxtlardan ələ alıb.

Sonradan o, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələndirilib və o vaxtdan vacib informasiya mənbəyi və təsir agenti kimi Amerika və Türkiyə xüsusi xidmət orqanlarına işləməyə başlayıb”.

Maliyyə nazirinin hansı ölkənin casusu olub-olmaması müvafiq orqanların araşdırma mövzusudur. SSRİ DTK-nin keçmiş əməkdaşının verdiyi müsahibəsində kankret faktlar, şirkət adları, bank əməliyyatları göstərilir.шаблоны для dle 11.2

Oxunub: 2 460






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23