Müxalifət uşaqları hardadır? - Əli Kərimlinin ABŞ və İngiltərə, İsa Qəmbərin Kanada, Arif Hacılı isə...

Müxalifət uşaqları hardadır?
YAP Gənclər Birliyinin feysbuk səhifəsində müxlaifət liderlərinin övladlarının harada yaşadıqları açıqlanıb

Cahan.info xəbər verir ki,
YAP GB təzəcə həyata atılmış gəncləri hansısa ideallara inandırmaqla, qandırmaqla və sonda “qəhrəmanlaşdırmaqla” onlar üzərindən qrant, pul qazanıb uşaqlarını xaricdə yaşamağa, biznes qurmağa göndərənlərin bəziləri ilə tanış olmağa çağırıb.

Birliyin feysbuk səhifəsində yazılıb ki, AXCP sədri Əli Kərimlinin oğlu Türkel Amerikadadır. Əli Kərimlinin qızı Selcan İngiltərədədir. Müsavatın sabiq başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbər Kanadadır. Partiyanın indiki başqanı Arif Hacılının oğlu Orxan Hacılı Amerikadadır.

AXP sədri Pənah Hüseynin qızı Aybəniz Hüseyn Kiprdədir. Keçmiş müsavatçı və ADR-çi Hikmət Hacızadənin oğlu Adnan Hacızadə Amerikadadır.

Buyurun bu da “demokratiya” uğrunda özünü qurban verənlərin övladları deyə yazırlar. Həmçinin, Sərdar Cəlaloğlunun da övladları Norveçdə və İngitlərədə, Cəmil Həsənlinin qızı Londondadır.

Azərbaycanın iqtidar və müxalifət düşərgələrində öndə gedən çoxsaylı nüfuzlu simalar var ki, övladları ya xaricdə təhsil alırlar, ya da təhsillərini bitirdikdən sonra orada yaşayırlar. Avropada təhsil almasalar da, sonradan yaşamaq üçün müxtəlif ölkələrə üz tutanlar da az deyil.

Tam əminliklə deyə bilərik ki, iqtidarın və müxalifətin nüfuzlu simaları övladlarının xaricdə oxumasını, yaxud yaşamasını daha çox istəyirlər. Siyasi palitraya nəzər yetirəndə barmaqla sayılacaq qədər simalar görmək mümkündür ki, övladları Azərbaycanda təhsil alsınlar, burada yaşasınlar.

Bundan əlavə, elə yüksək rütbəli vəzifə sahibləri var ki, ailələrinin belə xaricdə yaşamasına üstünlük verirlər. Mərhum prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyində işlə təmin olunub.

Qeyd edək ki, 29 yaşlı Ərturqut Əliyev Kooperasiya Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. Onun qızı Çilənay xanım da evdar xanımdır, heç yerdə çalışmır, Aqil Səmədbəyli ilə evlidir.

Uzun illər ölkənin siyasi arenasında fəaliyyət göstərən, özlərini xalqın azadlıq hərəkatının aparıcı simaları kimi təqdim edən ənənəvi müxalifət liderləri düşərgə daxilində yeni qüvvə yaranar-yaranmaz ona qarşı çıxmaq şakərlərini davam etdirirlər.

Onlar xalqı meydana çağırır, gənclər onlara görə özlərini od-alova atırlar, övladları isə xaricdə lüks həyat yaşayıb kütləyə yuxarıdan aşağı baxırlar.

Özlərindən istər siyasi baxış, istər savad, istərsə də digər cəhətdən üstün ola biləcək heç bir təşkilatın fəaliyyətinə müsbət yanaşmadqılarını bəyan edən ənənəvi müxalifət liderləri bununla bir daha sübuta yetirirlər ki, əslində onlar sözügedən amildən ciddi şəkildə ehtiyat etməkdədirlər.

Təsəvvür edin ki, Azərbaycan prezidentinin oğlu ali təhsil almaq üçün xarici deyil, öz ölkəsini seçdi. Bununla Azərbaycana bağlılığını bir daha ortaya qoydu, burada verilən ali təhsilin heç də xaricdəkindən aşağı səviyyədə olmadığını sübutladı. Amma müxalifət liderlərinin övladları ABŞ-da, İngiltərədə və sair xarici ölkələrdə təhsil alır.

Düşünürlər ki, onların səviyyəsi ümumilikdə Azərbaycan xalqının səviyyəsindən yüksəkdir. Fikirləşmirik ki, atalarının pulları ilə xaricdə təhsil almış adamlar bütövlükdə Azərbaycan xalqından yüksəkdə dayanırlar.шаблоны для dle 11.2

Oxunub: 2 000






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23