İradə Gülməmmədovanın dövlət önündə əməlləri ört-basdır edilir - Video

İradə Gülməmmədovanın dövlət önündə əməlləri ört-basdır edilir
Laçın rayon icra başçısı Aqil Nəzərli kimi Abşeronun icra hakimi İradə Gülməmmədovanı da qoruyan əl eyni gücdür. Mətbuatda gedən xəbərlərə görə, xanım icra başçısının neqativlərini ört-basdır edən də, onu siyasi rəhbərliyin qarşısında vəziyyətdən çıxaran da Sumqayıtın icra başçısı Zakir Fərəcovdur. Ona qalsa, çoxdan İ. Gülməmmədova işindən azad edilmişdi.

Realliq.info qeyd edir ki, İradə Gülməmmədova rayonun keçmiş icra başçısı, hazırda Sumqayıt meri Zakir Fərəcov tərəfindən bu vəzifəyə gətirilib.

Abşeron rayonu ərazisində İ.Gülməmmədovanın biznesin müxtəlif sahələrinə aid çoxlu obyektləri var. Bunlardan ən məşhurları isə Xırdalan şəhərindəki “Titanik” adlı böyük obyekt, Mehdiabad-Fatmayi yolunun üstündəki “Palma” supermarketi, eyni adlı restoran və digərləridir.

Həmçinin Novxanı kəndində yerləşən “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı şərab evi, həmçinin “Vorovski” adı ilə tanınan ərazidə yerləşən “Zümrüd” klinikasnın yaxınlığındakı şərab evinin də İ. Gülməmmədovaya məxsus olduğu bildirilir.

İcra başçısını Abşeronda ən böyük torpaq mülkiyyətçisi də hesab etmək olar. Rayonda müxtəlif ərazilərdə böyük ölçülərdə torpaq sahələri başçının qohumlarının adına özəlləşdirilib.

Xırdalanda, Fatmayıda, Novxanıda, Masazırda və rayonun digər yaşayış massivlərində belə torpaq sahələri daha çoxdur. Goradildə dəniz sahili ərazilər ələ keçirilərək özününküləşdirilib.

2015-ci ildə Zakir Fərəcovdan sonra RİH başçısı vəzifəsinə İradə Gülməmmədovanın təyin olunması narazı Abşeron sakinlərini ümidləndirmişdi.

Onlar düşünürdü ki, bəlkə, xanım icra başçısı daha humanist və ədalətli olacaq, rayon sakinlərinin illərdir həll olunmayan problemlərini bir-bir yoluna qoyacaq. Ən əsası, qapı arxasında qalmağa öyrəşmiş sakinlərin şikayətlərini eşidəcək. Amma… Sən saydığını say, gör, fələk nə sayır.

Ölkə mətbuatından bu sətirləri də xatırlamaq yerinə düşər: “İradə Gülməmmədovanın qardaşları uzun illərdir dərman biznesindədirlər və onların heç də az dövriyyəsi olmayan ticarətləri var. Qardaşlar bacılarının karyerasında da mühüm rol oynayıblar.

Belə ki, onlar rayonda keçirilən tenderlərin əksəriyyətində iştirak ediblər. Düzdür, öz şirkətləriylə deyil, yaratdıqları törəmə şirkətlər vasitəsiylə.

Gülməmmədova hələ Abşeronda pediatr işlədiyi dönəmlərdə də qardaşlarının maliyyə yardımları sayəsində poliklinika və xəstəxanaların təmirini, dərman təhcizatını həyata keçirib. Amma…

Məsələnin əmmalı tərəfi odur ki, İradə Gülməmmədova icra başçısı olduqdan sonra qardaşlar da iri tender oyunlarına qatılmağa başlayıblar. Onlar Abşeron rayonunun bütün xəstəxanalarının dərman təhcizatını həyata keçirirlər və bu da hər il milyonlarla manat vəsait deməkdir. Amma əməlləri haqda bu videoya baxmaq kifayətdir:

шаблоны для dle 11.2

Oxunub: 11 692






E-mail: cahan.info@mail.ru