Sahibkarları soyan Zakir Fərəcov Fazil Məmmədovla Eldar Mahmudov yolu gedir...

Sahibkarları soyan Zakir Fərəcov Fazil Məmmədovla Eldar Mahmudov yolu gedir...
Sumqayıtın icra başçısı Zakir Fərəcov özünəvurğunluğu və təkəbbürü ilə seçilən məmurlardandır. O, təmiz işlədiyini prezidentə göstərmək istəsə də, reallıqlar başqa mənzərəni çılpaqlığı ilə ortaya qoyur.

Z.Fərəcovun adı daha çox sahibkarları aldatması, abadlıq işlərini gördürüb pullarını ödəməməsində hallanır. Prezident sahibkarlığa dəstək verir, vergi sistemində şəffaflıq təmin olunur, iş adamlarına şərait yaradılır, əngəllər aradn qaldırılır, icra başçısı isə Fazil Məmmədovla Eldar Mahmudov üslubunda fəaliyyətdədir. Bu da dövlət başçısını qəzəbləndirən hallardır.

Ölkədə sahibkarlıq mühitinin yaxılaşdırılması üçün islahatlar aparılır. Fərəcov isə neçə-neçə sahibkarı, şirkəti narazı salır. Prezident çıxışlarının birində demişdi ki, sahibkarları soyurlar, incidirlər. Bu hallar son qoyulsa da, Sumqayıtın icra başçının adı mətbuatda sahibkarları incitməkdə hallanır. Onlar konkret şikayət edən iş adamları, firmalardırlar.

Elə bu yaxınlarda jamaz.info yazdı ki, görülən işlərin müqabilində “A.V.Conctruction” şirkətə çatacaq 8 milyon manata yaxın vəsait 3 ildən çoxdur verilmir.

Sumqayıt İcra Hakimiyyəti ilə müqavilə bağlanıb, şəhərin giriş hissəsi və Bulvarının tikintisi üçün 12 milyon manat vəsait ayrılıb. 1 il müddətinə görülməli olacaq işlər 6 ay içində təhvil verilib.

Hətta Bakıdan gələn komissiya işlərin keyfiyyət və dizaynına müsbət rəy verib. İşlər görülən ərəfədə şirkətə cəmi 4 milyon manata yaxın pul ödənilib ki, bu da tələb olunan vəsaitin və görülən işlərin smetasının heç 1/3 də etmir.

Şirkətdən bildirirlər ki, ödənilməyən vəsait təkcə mal və materialın deyil, həmçinin işlərin görülməsində müstəsna zəhməti olan fəhlə və işçilərin puludur.

“Dəfələrlə Zakir Fərəcovla görüşmək istəmişik. İlk başdapulu verəcəyini bildirsə də, ondan sonra boyun qaçırmağa başladı. Hətta bir dəfə də iddia etdi ki, guya, Prezident Admnistrasiyası ona pul vermir. Bu adam başdan-ayağa yalançıdır”.

“A.V.Conctruction” şirkəti bu əsnada Sumqayıtın icra başçısı Zakir Fərəcovun ödəməli olduğu pulların hara xərcləndiyini təsdiq edən rəsmi sənədləri təqdim edib. sənədlərdən də aydın şəkildə görünür ki, Sumqayıtın icra başçısı “A.V.Conctruction” şirkətinə cəmi 8.69 milyon manat borcu var.

Bu, ilk belə hal deyil. Mətbuatdan da məlumdur ki, Sumqayıtın “Şərq bazarı” sökülərkən 66 sahibkarın kompensasiya istəyinə “yox” deyilib.

Fərəcovun həmin məktubunda sökülən ərazidə tikiləcək yeni ticarət mərkəzində hər sahibkara əvvəlkindən daha böyük, lakin təmirsiz yer veriləcəyi öz əksini tapıb.

YAĞMUR-2” MMC-nin icraçı direktoru Namiq Hacıyev və onun işçisi Şirinov Mehman da xəbəral.az saytına müraciət edərək artıq üç ilə yaxındır ki, Sumqayıtın icra başçısı Zakir Fərəcovun bir başa tapşırı və nəzarəti ilə gördükləri işlərin maddi vəsaitlərinin çox hissəsini dəfələrlə aidiyyatı qurumlar qarşısında söz verən Fərəcovdan heç cürə ala bilmirlər.

İş adamı Namiq Hacıyevin dediklərinə görə onun rəhbərlik “YAĞMUR-2” MMC 10 Aprel 2016-cı ildə Sumqayıt Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun, başçısının həmin ərəfədə ki, 1-ci müavni Faiq Kərimov və İH-nin başçısının digər müavini Hüseyinov Fəzail ilə şirkətimizin verdiyi təklif müzakirə olunub və qəbul edilmişdir.

Bununla da, Sumqayıt şəhəri Sülh küçəsi,Yeni bulvar və Musiqi məktəbi ərazilərində avtomatik suvarma və nasos sistemlərinin quraşdırılması üçün razılıq əldə olunmuşdur.

Sumqayıtda iş adamlarının milyonlarla vəsaitinin mənimsənilməsi ilə bağlı ölkə mediasında dəfələrlə geniş bəhs olunsa da artıq üç ilə yaxındır iş adamları öz halal gördükləri işin pulun ala bilmirlər ki, bilmirlər.

Üç ilə yaxındır ki, şəhər icra başçısı Zakir Fərəcovun haqsız təzyiqləri ilə üzləşən onlarla iş adamının müraciətlərinə baxan yoxdur.

İcra başçısı haqqını tələb edən insanları müəyyən adamların əli ilə təziqlərə məruz qoymaqda davam edir. Zakir Fərəcov qoçuları və Adil Xudadatov kimi yaxınlarının əli ilə aldatdığı iş adamlarına həmişə vədlər versə də sözünə əməl etməyib. Verdiyi vədləri pozan icra başçısı sahibkarları aldatmaqda məşğuldur.

Sumqayıt şəhərinin abadlaşması üçün avadanlıq və tikinti materiallları verən sahibkarlar, eləcə də işlərin icrasını həyata keçirən iş adamları və fəhlələrin bir qismi dəfələrlə Prezident Administrasiyası önündə toplaşıblar.шаблоны для dle 11.2

Oxunub: 683






E-mail: cahan.info@mail.ru