İlham Əliyev islahatı tormozlayan yolları açdı: yeni komanda ilə 2020-yə...

yeni komanda ilə 2020-yə...
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev məhz sistem islahatları aparır. Ölkənin idarəçilik sistemini müasir dövrün reallıqlarına uyğunlaşdırır.

Daha çevik, mobil, həssas, sıx kommunikasiya mühitində çalışan, bürokratik əngəlləri özündən uzaqlaşdıran, problemlərin həllinə yönəlik səmərəli, effektiv və hesabatlı bir sistem formalaşdırır.

Cənab İlham Əliyevin qətiyyəti, yüksək siyasi iradəsi sayəsində həyata keçirilən ardıcıl islahatlar dövləti gücləndirir, insanların rifah halını yüksəldir, dövləti, dövlət məmurlarını xalqa daha da yaxınlaşdırıb, doğmalaşdırır.

Aparılan bütün bu islahatların mərkəzində isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ictimai obrazı dayanır.
Prezidentin apardığı kadr islahatları, nümayiş etdirdiyi mövqe belə bir qənaəti də formalaşdırır ki, daha bir vəzifədə uzun müddət qalmaq söhbəti yoxdur.

Prezidentin dediyi kimi, Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir. Kadr islahatları da ümumi islahatların tərkib hissəsidir.

Təkcə bu il 4 milyon 200 mindən çox insan çox geniş sosial paketlə əhatə olundu və minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə artdı. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox, müavinətlər 2 dəfə çoxaldı. Bu il orta əməkhaqqı 35 faiz yüksəldi.

Lakin bütün bunların aralığında çox mühüm dəyişikliklər astanasında olduğumuzu da söyləməliyik. Söhbət ilin sonuna qədər gözlənilən, zəlzələ effekti verə biləcək, daha bir neçə iri fiqurun kəlləsinin “vurulması”ndan gedir. Bu qərarlar 2019-ci ilin möhürü olacaq və 2020-yə böyük bir panorama açılacaq.

Şübhəsiz, islahatların cəmiyyətin bütün sahələrini əhatə etməsi üçün onun hakimiyyətin bütün qollarına da sirayət etməsi vacibdir.

Dövlət hakimiyyətinin üç sütunundan biri olan icraedici hakimiyyətdə son illərdə aparılan müsbət dəyişikliklər bu sistemdə köklü yeniliklərə, müasir inkişaf tendensiyalarına təkan oldu, dövlətin mövcudluq və müstəqilliyin davamlılıq şərtlərini təmin edən inzibati amilləri gücləndirdi.

Dərin və sürətli islahatlar dövründən sonra sistem islahatları mərhələsi adı alan bu proses vasitəsilə Prezident yeni hədəflərə daha çevik, modern və səmərəli idarəçilik modeli ilə addımlayır.

Bu kontekstdə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.

Vətənə, dövlətə və xalqa layiqli xidmət missiyası ilə yeni mərhələyə qədəm qoyan Mehriban Əliyeva ötən dövrdə ona olan ümummilli inamı və Prezidentin etimadını yüksək peşəkarlıqla doğruldaraq bu təyinatın doğruluğunu təsdiqlədi.

İki ildən artıqdır ki, ölkədə sosial sahədəki islahatlar birmənalı olaraq məhz Mehriban Əliyevanın fəal icraçılığı, novator təşəbbüskarlığı ilə gerçəkləşir. Onun səlahiyyət kurasiyası şübhəsiz ki, yalnız bu sahə ilə məhdudlaşmır.

Dövlət quruculuğu prosesinin bütün istiqamətlərində mükəmməl nümunələr yaradan Birinci vitse-prezident ölkə rəhbərinin fəaliyyətinə əvəzsiz töhfələr verir, İlham Əliyevin islahatlar kursunun xalq tərəfindən böyük coşqu ilə dəstəklənməsini təmin edir.

Həmçinin Prezidentin islahatlar konsepsiyasının icrasını həyata keçirən hökumətin iki il öncə yenilənməsi və bir ay öncə tərkibinin daha da təkmilləşdirilməsi, eyni zamanda ali rəhbərlikdən yerli icra strukturlarının başçılarınadək aparılan köklü dəyişikliklər bu xüsusda mühüm səciyyə daşıyır. Təşəbbüskarlıq, çeviklik, səmərəlilik, şəffaflıq, məsuliyyət kimi dəyərlər Prezidentin məmurlardan hər zaman əsas tələbi idi. İndi isə görünən odur ki, bunlar həm də yeni idarəçilik aparatının formalaşmasında İlham Əliyevin əsas etimad meyarı olub.

Qarşıdakı parlament seçkilərinin nəticələri də şübhəsiz ki, islahatlar kursuna xalqın möhtəşəm dəstəyinin təntənəsinə, dövlət quruculuğunun yeni inkişaf, nailiyyət salnaməsinin başlanğıcına çevriləcəkdir.

Xəyyam SALMANZADƏ
шаблоны для dle 11.2

Oxunub: 2 061






E-mail: cahan.info@mail.ru