Quda olan iki məmurun biznes və korrupsiya dosyesi - ŞOK!

Quda olan iki məmurun biznes və korrupsiya dosyesi
Azərbaycanda məmurların qohum-quda olması adiləşib. Nə hikmətdirsə, məmur övladları sadə bir insanın uşaqları ilə ailə həyatı qurmurlar.

Bu, “nikah diplomatiyası” kimi qiymətləndirilməlidir. Belə münasibətlərdən daha biri yaxın günlərdə baş tutub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbəri Rauf Vəliyevin qızı ilə evlənib.

Mətbuatda gedən xəbərlərə görə, toy tanınmış və bahalı ifaçılar tərəfindən idarə olunub. Bu da təbii qarşılanır. Çünki hər iki məmurun gözəl imkanları var. Onlar üçün bir müğənniyə 8-10 min vermək qəpik-quruşdur.

Çünki həm S.Məmmədov, həm R.Vəliyevin rəhbərlik etdiyi sahələr “yağlı tikələr” sayılır. Biri quruda, biri isə suda böyük gəlirlərə sahibdirlər.

S.Məmmədov həmin məmurdur ki, bu günlərdə onun çəkdiyi Bibiheybət yolunda uçqun oldu, yol çökdü. Bibiheybət yolunda 2015, 2017 və 2018-ci illərdə də təmir işləri aparılıb.

Lakin keyfiyyətsiz iş üzündə hər dəfə bu yolda çökmə baş verib. Görünür, sonuncu dəfəki təmirdə də keyfiyyətə önəm verilməyib.

Xalqxeber.az yazıb ki, Saleh Məmmədov məsələn Nabrandakı villasının tikintisinə göstərdiyi diqqəti bu yola göstərmədi. Bibiheybət yolunda torpaq sürüşməsinin qarşısını almaq üçün tikilən istinad divarları hörmətli Saleh Məmmədovun villasının hasarı ilə müqayisədə çox kövrəkdir.

Mətbuatın yazdığına görə, Saleh Məmmədovun oğlu Sübhan Məmmədli 2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır. Təbii ki, digər məmur balaları kimi məmur atalarının geniş imkanları hesabına…

Britaniya ədliyyəsinə aid reyestr sənədlərinə görə, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli 2018-ci ilin dekabrın 13-də Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini alır və şirkətə şəriklik hüququ əldə edir.

18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət (q eydiyyat nömrəsi 09595739) Londonun mərkəzində, Air Street 20 ünvanında yerləşir. Haradandır axı bu qədər pul?

Sübhan Məmmədlinin şəriki isə 1981-ci il təvəllüdlü Estoniya vətəndaşı Roman Griqorievdir. Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur.

Burda 1 otaqlı apartmanların qiyməti 1,5 miyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır. Sənədlərə görə 2018-ci il dekabrın 11-də yeni sərmayədarın şirkətə ortaqlığı il əlaqədar bəyannamə təqdim olunur.

Sənəddə 1 milyon 131 min 779 funt sterlinq kapitalla göstərilir. Bundan iki gün sonra, dekabrın 13-də isə Sübhan Məmmədlinin şirkətə şəriklik hüququ rəsmiləşdirilir.

Onun quda olduğu Rauf Vəliyevə gəlincə, əməllərində və biznes imkanlarından S.Məmmədovdan geri qalmaz. Mətbuatda getmiş yazılara görə, əvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti sistemində çalışıb. Rauf Vəliyev bu təyinatadək ARDNŞ-nin Nəqliyyat İdarəsinin rəisi vəzifəsində çalışıb. Elə bu baxımdan da onun Rövnəq Abdullayevə yaxın şəxs olduğu iddia edilir.

Mikayıl İsmayılovun adamı kimi xarakterizə olunan Rauf Vəliyevin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri vəzifəsinə gətirilməsində də Dövlət Neft Şirkətinin vitse-prezidentinin müstəsna xidmətləri olub.

Mediada yer alan başqa bir məlumata görə, Rauf Vəliyev Azərbaycan hakimiyyətində təmsil olunan səlahiyyətli şəxslərdən birinin qohumudur. Məlumatda bildirilir ki, o, Milli Məclisin sədr müavini Valeh Ələsgərovun kürəkənidir.

R.Vəliyevin hər ay nəzarətindəki gəmilərdən 20-30 min manat civarında gəliri var. Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə vergiyə çatır. R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə vergi ödənişi edir.

Onun gəmi biznesində müavinlərinin də xüsusi və müstəsna rolunu qeyd etmək lazımdır. Əslində müavinlər onlara çatacaq “paket”lə kifayətlənərək susurlar.

Gəlirin böyük faizi məhz Rauf Vəliyevə çatır. “Yuxarılar”la anlaşmağın zəruri olduğunu müavinlərin diqqətinə çatdıran QSC sədri məharətlə çirkli pulların böyük bir qisminə nəzarəti həyata keçirir.

Gəmilərin və tankerlərin təmiri adı altında milyonlarla vəsaitin mənimsənildiyi barədə daxil olan informasiyalar isə daha ciddi qanun pozuntularından və korrupsiyadan xəbər verir.

Daha bir məlumat isə Rauf Vəliyevin topladığı çirkli pulların ofşor zonalara transfer edilməsi ilə bağlıdır. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun dərc etdiyi siyahıda Rauf Vəliyevin adının çəkilməsi heç də təsadüfi deyil.

Qeyd olunur ki, Bakı şəhəri, Bəşir Nuriyev 77 ünvanında qeydiyyatda olan R.Vəliyev 16 noyabr 2000-ci ildə İsveçrənin Cenevrə şəhərində Braxon Group S.A şirkətini yaradan dörd şəxsdən biri olub.(vizual)Daha sonra şirkət Britaniya Virgin adalarında fəaliyyətini davam etdirib.

Ümumiyyətlə oliqarxa çevrilən Rauf Vəliyevin topladığı pulların xaricdə müəyyən işlərə yatırması barədə məlumatlar da diqqət çəkir. Elə Azərbaycanda da lüks həyat keçirən Rauf Vəliyevin sərhədlərimizdən kənara meyl etməsi düşündürücü faktordur.

Gəmilərdə vəzifədən vəzifəyə təyin etmə prosesi Rauf Vəliyev tərəfindən təyin olunmuş qrupun nəzarəti altında həyata keçirilir. Həmin qrup isə dənizçilərin “dərisini soymaqla” məşğuldur.

Məsələn, akademiyanı bitirən məzunlar ilk olaraq motorist kimi gəmilərə təyin edilirlər. 6 aydan sonra növbə mexaniki vəzifəsinə gəlmək üçün isə həmin motorist 1500-2000 manat rüşvət verməli olur.

İkinci mexanik keçmək üçün 2000-2500 manat “tərləməli” olan məzunlar baş mexanikliyə 3000 manat rüşvət vermək zorunda qalırlar.

Baş verən haqsızlığa və özbaşınalığa dözməyən savadlı və təcrübəli dənizçilərin ölkəni tərk etməsi sonda ciddi kadr çatışmazlığı problemini yaradıb.

QSC-nin rəhbər postlarında çalışan şəxslərin əksəriyyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri Rauf Vəliyevin yaxın adamlarıdır. Misal kimi, onun birinci müavini Zamiq İsmayılovu, müavini Nəzrəddin Əhmədzadəni, eyni zamanda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyevi, Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutunun baş direktoru Fazil Qəhrəmanovu, Dəniz Nəqliyyatı Donanmasının rəisi Emin Nəzərovu, Xəzər Dəniz Neft Donanmasının rəisi İsrail Bayramovu, “Bibiheybət” Gəmi Təmiri Zavodunun direktoru Nəsib Qəhrəmanovu, «Zığ» Gəmi Təmiri Zavodunun direktoru Rəfail Mikayılovu, İstehsalat Xidmətləri İdarəsinin rəisi Faiq Xəlilovu, Sosial İnkişaf İdarəsinin rəisi Namiq Nurməmmədovu göstərmək olar.

Deyilənlərə görə, adıçəkilən şəxslər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi»nin sədri Rauf Vəliyevin yaxın adamlarıdır və o, bir sıra məsələləri məhz onların yardımları ilə yoluna qoyur.шаблоны для dle 11.2

Oxunub: 1 203






E-mail: cahan.info@mail.ru