İslahatın ilk uğuru: xalqın qulluqçusu olan başçı kimdir?

xalqın qulluqçusu olan başçı kimdir?
Tərtərin icra başçısı Müstəqim Məmmədov islahatların hələ ən siftə vaxtlarında təyin olunan məmurdur. O, prezidentin bölgələrdə görmək istədiyi icra başçısı obrazıydı. Dövlət başçısı rayonlarda əhalini incidən, süründürən, haqqını mənimsəyən icra başçılarından boğaza yığılmışdı.

Artıq onların çoxu vəzifəsini itirib. Bu proses yenə davam edəcək. Prezident heç bir rayonda vətəndaşların narazılıq etdiyi icra başçısı saxlamayacaq.
Və Müstəqim Məmmədov kadr islahatlarının ilk vaxtlarında, 2014-cü ildə Tərtərə təyin olunarkən ondan böyük gözləntilər varıydı.

Zaman, ötən 5 il və bu gün də tempi aşağı düşməyən fəaliyyəti, istiqanlılığı, canayananlığı, xalqın ayağına özünün getməsi, qulluğunda dayanması, qapı-qapı gəzməsi sübut etdi ki, prezident Tərtər təyinatında yanlışlığa yol verməyib.

M.Məmmədov özünü rayonun sadə sakini kimi aparır, kabinetdə gün keçirmir, xidməti maşında çox vaxt olmur, Tərtəri piyada gəzir, camaatla görüşür, şəhid ailələrinin, sadə insanların qayğısına qalır.

Elə bu yaxınlarda Müstəqim Məmmədov şəhid atasının 80 illik yubileyində və onun xanımı ilə evliliyinin 50 illiyində iştirak edib. Rayon rəhbərinin səfəri şəhid valideynlərinin ikiqat sevincinə səbəb olub. Sosial şəbəkədə paylaşım edənlərin təklifi olub ki, hər kəs belə ziyarətlər etsin.

Son illərdə rayonun bütün kəndlərinin yolları yenidən qurulub, kəndlərə yeni telefon, qaz və elektrik xətləri çəkilib. Xeyli insan işlə təmin olunub.
Rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb.

Ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda son vaxtlar yenidənqurma və abadlıq işləri görülüb, əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.

Rayonda sosial-iqtisadi inkişafın sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun yeniləşdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib.

Dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq, Tərtər şəhərində 20 çoxmənzilli yaşayış binası və həyətləri əsaslı təmir olunub. Bir sıra küçə və məhəllədə, Heydər Əliyev parkında geniş abadlıq-quruculuq işləri görülüb.

Bildirildi ki, Tərtər şəhərində 100 yerlik körpələr evi-uşaq bağçası, Ağkənd kəndində kitabxana binası istifadəyə verilib. Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər quraşdırılıb.

Şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəblərinin binaları, Qaradağlı kənd tam orta məktəbinin 5 sinif otağı əsaslı təmir olunub.

21,5 kilometrlik Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolu yenidən qurulub. 14 kənddə isə yerli yollarda ­təmir-bərpa işləri aparılıb.

Ölkə rəhbərinin təşəbbüsü və dəstəyi ilə son illərdə ənənəvi təsərrüfarçılıq sahələrinin dirçəldilməsi və inkişaf etdirilməsi Tərtərdə də aqrar yüksəlişin əsasını qoymuşdur.

Bu gün Tərtər rayonu uğurla inkişaf edir. Sosial-iqtisadi inkişaf göz qabağındadır. Düşmənlə üz-üzə dayanan tərtərlilər həmişə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rol oynayıblar.

Tərtərin N.İsgəndərov, N.Nərimanov, Q.Mehdiyev, M.Hüseynzadə və Ə.Paşayev küçələrində abadlıq və yenidənqurma işləri aparılmış, küçələrin istinad divarları bir çox yerlərdə mişar daşı ilə hörülmüş, aqlay və digər bəzək daşları ilə üzlənmiş, küçə kənarına səki daşları düzülmüş, yola asfalt örtüyü salınmışdır.

Bundan başqa həmin küçələrdə işıq, qaz, su-kanalizasiya və rabitə xətləri səliqəyə salınmış, yararsız işıq və rabitə dirəkləri yeniləri ilə əvəz edilmişdir. Ə.Paşayev küçəsinin girişində şəhid Ə.Paşayevin barelyefi quraşdırılmışdır.

“Heydər Parkı”nda əsaslı təmir işləri aparılmışdır. Belə ki, parkın ərazisində olan səki və meydançalara 5 min kvadratmetrə yaxın yeni tamet daşları, 1500 paqonometr yeni səki daşları düzülmüş, bəzi yerlərdə qırılmış aqlay daşları yeniləri ilə əvəz olunmuş, yaşıllıq zolaqları yenidən qurulmuş, minlərlə gül kolları əkilmişdir. Parkda olan fantan, oturacaqlar, işıq dirəkləri, zibil qutuları təmir-bərpa olunmuşdur.

Rayonun E.Səfərov küçəsində 100 yerlik körpələr evi-uşaq bağçası və Ağkənd kəndində kitabxana binası tikilib istifadəyə verilmişdir.






шаблоны для dle 11.2

Oxunub: 2 000






E-mail: cahan.info@mail.ru