Bərdənin Baş həkimi işdən qovuldu - BİABIRÇILIQ

Bərdənin Baş həkimi işdən qovuldu
Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva tutduğu vəzifədən azad edilib, yerinə iləsuvar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə təyin olunub

Səhiyyə Nazirliyinin tabeliyində olan iki xəstəxananın baş həkimi postunda dəyişiklik olub.

Bölgə müxbirinin verdiyi məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyevin sərəncamına əsasən Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə onun yerinə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə təyin olunub.

Məlumatı Bərdə rayon Mərkəzi Xəstəxanasından da təsdiq ediblər. Yeni baş həkim növbəti həftənin ilk iş günündə işinin icrasına başlayacaq.

Hələlik Biləsuvar rayon Mərkəzi Xəstəxanasına kimin baş həkim təyin ediləcəyi bilinmir.шаблоны для dle 11.2

Oxunub: 1 346






E-mail: cahan.info@mail.ru