"Ölkədəki biznes mühitinin əsas problemi kölgə iqtisadiyyatıdır" - Mikayıl Cabbarov

"Ölkədəki biznes mühitinin əsas problemi kölgə iqtisadiyyatıdır"
Vergi qanunvericiliyi üzrə pozuntularla bağlı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq.

Bunu Avropa İttifaqı-Azərbaycan biznes-forumunda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, Azərbaycanda vergi yükünün azaldılmasına baxmayaraq, vergi daxilolmaları artıb:

“Vergi daxilolmalarının 92 faizi könüllü ödənişlər hesabına həyata keçirilib. Biz bu dinamikanı beş ayda qoruyub-saxlamağa nail olmuşuq”.

Onun sözlərinə görə, 2020-ci ildə bir sıra dəyişikliklər olacaq. Bu dəyişikliklər texniki, o cümlədən, ötən illər müzakirəsi aparılmış, lakin qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan məsələlərdir.

M.Cabbarov deyib ki, ölkədəki biznes mühitinin əsas problemi kölgə iqtisadiyyatı və yaratdığı fəsadlar, qanunsuz sahibkarlığın leqal biznesdən əldə etdiyi bazar payı kimi məsələlərdir:

“Qeyri-şəffaf rəqabət vergi daxilolmalarına da mənfi təsir edir. Vergi qanunvericiliyi üzrə pozuntularla bağlı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq. Biz haqsız rəqabət və qanunvericiliyin pozulması hesabına vergilərin ödənilməməsi siyasətini dəstəkləmirik.

İyunun 1-nə olan məlumata görə, son beş ay ərzində qeyri-neft sektorunun özəl bölməsində 66 mindən çox yeni əmək müqaviləsi qeydiyyata alınıb. Bu göstərici ilin əvvəlindən indiyədək ümumilikdə 96 mindən yuxarı olub”.шаблоны для dle 11.2

Oxunub: 37






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23