İsa Qəmbər yenidən Müsavat başqanlığına qayıdır: Qubad İbadoğluna hansı vəzifə vəd olunub?

Qubad İbadoğluna hansı vəzifə vəd olunub?
Müsavat Partiyasında İsa Qəmbərin yenidən başqan gətirilməsi planı işə düşüb.

Bu barədə Avropa.info etibarlı mənbədən məlumat əldə edib.

Mənbə qeyd edib ki, partiya daxilində narazılığı önləmək üçün İsa Qəmbər yenidən Müsavata başqan kimi qayıtmaq istəyir.

Qeyd edək ki, partiyanın rayon təşkilatlarında qurultaya hazılıqla bağlı hesabat-seçki konfransları keçirilir. Rayon təşkilatlarına qurultayda İsa Qəmbərin partiya rəhbəri seçilməsi üçün gizli tapşırıqlar verilib.

Xatırladaq ki, bir müddət əvvəl Yadigar Sadıqlı da partiya başqanlığına namizədliyini irəli sürüb və böyük çoxluq - sabiq müavinlər Elman Fəttah, Tofiq Yaqublu, o cümlədən əksər Divan üzvləri onu dəstəkləyiblər. Məhz bundan sonra Müsavatın indiki başqanı Arif Hacılın və Yadigar Sadıqlının tərəfdarları arasında mübahisələr qızışıb.

Görünən odur ki, olduqca zəifləmiş və gücdən düşmüş Müsavatda Arif Hacılının rəhbərliyi çox çəkməyəcək. Partiya üzvlərinin onun yarıtmaz fəaliyyətindən narazılığı getdikcə artır və yaşanan son qalmaqal isə Müsavatın yenidən parçalanmasını daha da sürətləndirir. İsa Qəmbərin yenidən başqan gətirilməsi məhz bu parçalanmanın qarşısını almaq üçün düşünülüb.

Mənbəmiz bildirib ki, qurultayda İsa Qəmbər başqan seçiləcəyi təqdirdə, ötən qurultaydan sonra partiyadan uzaqlaşan Qubad İbadoğlu və onun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının üzvləri yenidən Müsavata qayıdacaq. Nəzərdə tutulan planda İsa Qəmbərin başqanlığı dövründə Qubad İbadoğlu baş katib təyin olunacaq.

Mənbə həmçinin qeyd edib ki, Müsavatın qurultayının keçirilməsi vaxtı parlament seçkilərindən əvvələ nəzərdə tutulub. Əgər bu il parlamanet seçkiləri keçirilsə, Müsavat da qurultayını bu il keçirəcək, seçkilər 2020-ci ildə olsa, o zaman Müsavat qurultayını gələn ilə saxlayacaq.шаблоны для dle 11.2

Oxunub: 76






E-mail: cahan.info@mail.ru