Azərbaycan və Türkiyə Müdafiə nazirləri Qəbələdə görüşdü

Azərbaycan və Türkiyə Müdafiə nazirləri Qəbələdə görüşdü
İyunun 12-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri, general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin gündən-günə inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb.

Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.

Türkiyəli nazir də öz növbəsində Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin genişlənməsində bu cür görüşlərin vacibliyindən danışıb.
Görüşdə regional və qarşılıqlı əməkdaşlığa dair digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.шаблоны для dle 11.2

Oxunub: 318






E-mail: cahan.info@mail.ru