Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması təklif edilir

Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması təklif edilir
“Ali və orta təhsil müəssisələrində dərslərin sentyabr ayının 15- də başlaması özünü doğrultmur. Proqramların mənimsənilməsində yaranmış boşluğu aradan qaldırmaq üçün dərs ilinin 2 həftə uzadılması effekt vermir”.

Cahan.info “AzPolitika”-istinadən xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev deyib.

Onun sözlərinə görə, dərs ilinin müddətinin 31 maydan 14 iyunadək uzadılması səhv addım olub:

“İki həftə itirilmiş həftədir. 1 sentyabra qayıtmalıyıq. Dünyanın əksər ölkələrində 1 sentyabra “Bilik günü” assosiasiya olunur. Diqqət edin: Təhsil sistemi inkişaf etmiş Yaponiyada dərslər aprel ayının 1-də başlayır. Sakura çiçək açanda. Görsənir ki, onlar bu tarixi seçməkdə yanılmayıblar. Sakura çiçəyi əlbəttə ki, simvola çevrilib.

Biz isə 15 sentyabrı seçməklə çox böyük yanlışlığa yol vermişik. Vaxtilə bizdə də 1 sentyabr “Bilik günü” nə assosiasiya olunurdu. Və bu tarix simvola çevrilmişdi”.шаблоны для dle 11.2

Oxunub: 275






E-mail: cahan.info@mail.ru