Arvadının boşanacağını eşidib, azyaşlı oğlunu və özünü asdı - Milli parkda DƏHŞƏT

Arvadının boşanacağını eşidib, azyaşlı oğlunu və özünü asdı
Antalyada bir kişi azyaşlı oğlunu və özünü meşədə asaraq intihar edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə polis əməkdaşları sövq edilib.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs həyat yoldaşıyla boşanma mərhələsində olan 33 yaşlı Ersin.B-dir. O 2 yaşlı oğlu Erden.B-

Hadisə Döşemealtı mahalının Düzlerçamı Milli Parkında baş verib. Bildirilir ki, sakinlərin dincəlmək üçün gəldiyi ərazinin yanındakı meşəlik ərazidən ailəsiylə "adaçayı" toplamaq üçün çıxan Mesut Özalp ağacda iplə asılmış 1 kişi və 1 uşaq görüb.

Özalp hadisəylə bağlı polis əməkdaşları və təcili yardıma zəng edərək məlumat verib. Polis və səhiyyə işçiləri hadisə yerinə təhkim olunsalar da ata və oğul artıq dünyasını dəyişmişdilər.

Hər ikisinin cansız bədəni meşəlik ərazidən çıxarılıb və morqa aparılıb.

Məlumata görə, Ersin B-nin həyat yoldaşı Deniz B. ilə boşanma ərəfəsində olduğu üçün məhkəmə tərəfindən uzaqlaşdırma qərarı alıb.шаблоны для dle 11.2

Oxunub: 289






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23