ƏHMƏD ORUC PARTİYA SƏDRİNİ VURUB? AXH yenidən qaynayır - Tahir Abbaslı isə qurumdan çıxarıldı

AXH yenidən qaynayır
Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə təsis edilən Azərbaycan Xalq Hərəkatında (AXH) növbəti səs-küylü hadisə baş verib.

Mia.az xəbər verir ki, hərəkatın 31 mayda keçirilən iclasında Azadlıq Partiyasının sədri Əhməd Orucla Sosial Ədalət Partiyasının (SƏP) sədri, Baş prokurorun sabiq müavini Mətləb Mütəllimli arasında təşkilata rotasiya qaydasında müvəqqəti rəhbərlik və digər məsələlərin müzakirəsi zamanı gərgin mübahisə yaranıb.

Məlumata görə, mübahisə zamanı Mətləb Mütəllimlinin bəzi sözləri Azadlıq Partiyasının sədrini qəzəbləndrib. Nəticədə əsəblərini cilovlaya bilməyən Əhməd Oruc Mətləb Mütəllimliyə qəfil hücum edib, ona fiziki zərbələr endirib.

Məlumata görə, davaya orada olan partiya sədrləri və ictimai fəallar müdaxilə edib, tərəfləri sonradan sakitləşdirib...

Məlumatda AXH-dəki bu davanın hələ çox "su aparacağı" da iddia olunur.

Belə ki, həmin davalı toplantıdan sonra Mətləb Mütəllimlinin "AXH-nin iyunun 1-dən dönəm sədri mənəm" açıqlaması qurumda bəzi şəxslər tərəfindən xoş qarşılanmayıb. Hətta onun "dönəm sədrliyi"nə imkan verilməyəcəyi də, rəqib qruplar tərəfindən açıq bəyan edilib.

Yeri gəlmişkən, AXP-nin 31 may iclasında baş verən gərginlik təkcə bu Əhməd Orucla Mətləb Mütəllimli arasındakı qalmaqalla bitməyib. Belə ki, Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı da qurumdan kənarlaşdırılıb.

Məsələ ilə bağlı Mia.az-ın əməkdaşı M.Mütəllimliyə sual ünvanlasa da, o, cavab vermək istəməyib. O, "feysbuk" vasitəsi ilə göndərdiyimiz sualları oxusa da, cavablandırmayıb.

Zəngimiz zamanı isə deyib ki, açıqlama vermək istəmir.

Əhməd Oruc isə Mia.az-ın əməkdaşı ilə söhbətində Mətləb Mütəllimlini vurmasını təkzib edib. O deyib ki, belə bir hadisə olmayıb: "Biz bu barədə bu gün saat 15.00-da canlı yayımla iclas keçirəcəyik, orada müzakirə edəcəyik. Hmin iclas canlı yayımlanacaq".

Tahir Abbaslı isə Mia.az-a AXH-dən kənarlaşdırıldığını təsdiqləyib: "Bəli, İdarə Heyətinin qərarı ilə AXH-dən çıxarıldım".

Tahir Abbaslı AXH-nın 31 may iclasında düşən dava ilə bağlı isə məlumatsız olduğunu deyb: "Çünki mən həmin iclasda iştirak etməmişəm. Mənim AXH-dən çıxarılma məsələm də iştirakım olmadan müzakirə edilərək, qərar verilib".

Qeyd edək ki, bundan əvvəl AXH-də İsgəndər Həmidovla Tural Abbaslı arasında da dava olması haqda xəbər yayılmışdı. Görünür, bu qurumda münasibətlər anacaq belə tənzimlənir.

Onu da xatırladaq ki, Azərbaycan Xalq Hərəkatı 2019-cu il yanvarın 26-sı təsis olunub. Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə təsis edilən quruma Klassik Xalq Cəbhəsi Partiyası (lideri Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (lideri İqbal Ağazadə), Demokrat Partiyası (lideri Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (lideri Əli Əliyev), Ağ Partiya (lideri Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (lideri Elşad Musayev) və başqa partiyalar, eləcə də ictimai fəallar, ziyalılar daxildir.

Mayın 19-da isə İsgəndər Həmidov müalicə adıyla Azərbaycanı tərk edib.

Mətbuatda yayılan məlumaat görə, sabiq Daxili İşlər naziri İsgəndər Həmidov ölkəyə dönəcəyi təqdirdə, həbs oluna bilər.

Belə ki, sabiq nazirin Azərbaycan Xalq Hərəkatının üzvlərinə mayın 25-də icazəsiz aksiyaya getmək göstərişi və pul verdiyi haqda daxil olmuş informasiyanın yoxlanması ilə bağlı keçirilən zəruri əməliyyat tədbirləri zamanı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən onlarla şəxs saxlanılıb.

İlkin dindirmə zamanı müəyyən edilib ki, İsgəndər Həmidov, ölkənin mühüm bir beynəlxalq tədbirə ev sahibliyi etmək ərəfəsində ictimai diqqətin paytaxt Bakıya fokuslandığını nəzərə alaraq, yaxın ətrafına, eləcə də bəzi AXH üzvlərinə mayın 25-də və mayın 28-də icazəsiz aksiyalara getmək barədə göstəriş və pul verib. Dindirməyə cəlb edilmiş 10-larla şəxs pul və icazəsiz aksiyaya getmək barədə göstərişi birbaşa İgəndər Həmidovdan aldıqlarını artıq etiraf ediblər.

İlkin versiyaya görə, sabiq nazirin müayinə və müalicə adıyla ölkədən çıxışı da planlı olub və bu, qanunsuz aksiyalara cəhd ediləcəyi zaman əsas təşkilatçı kimi məsuliyyətdən yayınmağa hesablanıb.

Gözlənilir ki, İsgəndər Həmidov ölkəyə dönəcəyi təqdirdə, bu faktlara görə, həbs olunaraq, məsuliyyətə cəlb edilsin.

Çox maraqlıdır ki, bu xəbərin yayılmasından xeyli ötsə də, sabiq nazir indiyədək buna reaksiya verməyib. Lakin ötən kgün köməkçisinin adı ilə yayılan açıqlamada sabiq nazirin iyunun 8-də ölkəyə dönəcəyi bildirilsə də, onun həimlərin məsləhəti ilə 6 ay siyasi fəaliyyətlə məşğul ola bilməyəcəyi xüsusi vurğulanıb.шаблоны для dle 11.2

Oxunub: 26






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23