Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət edib

Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət edib
Bu gün Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.

Cahan.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, doğmaları və yaxınları Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər. İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra dövlət başçısı və ailə üzvləri Heydər Əliyevin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.шаблоны для dle 11.2

Oxunub: 68






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23