Müharibəyə hazırıq - ABŞ-dan ŞOK BƏYANAT

Müharibəyə hazırıq
ABŞ və onların müttəfiqləri İranla müharibəyə cəhd etmir, amma hücum halında sürətli və qətiyyətli cavabı verməyə hazırdır.

Cahan.info “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

Pompeo son həftələr ərzində Tehran tərəfindən təhlükəli hərəkətlər edildiyini və bəyanatlar verildiyini bildirərək vəziyyətin eskalasiyasında İranı ittiham edib.

“ABŞ-ın, partnyorlarımız və müttəfiqlərin cavabı aydındır: biz müharibəyə cəhd etmirik, amma 40 ildir Amerika əsgərlərinin İran tərəfindən qətli, Amerika obyektlərinə hücumlar, amerikalıların girov götürülməsi daimi xatırlatmadır ki, biz özümüzü müdafiə etməyə məcburuq”, - dövlət katibi deyib.

O yenidən təkrarlayıb ki. ABŞ prezidenti Donald Tramp razılaşmanın əldə olunması üçün İranın liderləriylə görüşmək istəyir.

Qeyd edək ki, ABŞ daha əvvəl İran tərəfindən təhlükənin artdığını bəyan edərək regiona təyyarədaşıyan zərbə qruplaşmasını və strateji bombardmançıları göndərib.шаблоны для dle 11.2

Oxunub: 104






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23