Rusiya ermənilərin Qarabağ və Naxçıvan planlarına qarşı çıxdı – ŞOK MƏRUZƏ

Rusiya ermənilərin Qarabağ və Naxçıvan planlarına qarşı çıxdı
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlaşdırılması, neonasizm və başqa növlərinin yayılması, irqçiliyin, irqi diskriminasiyanın, ksenofobiyanın müasir formalarının eskalasiyası haqqında” xüsusi məruzə hazırlayıb.

Cahan.info xəbər verir ki, məruzədə bir fəsil Ermənistana həsr olunub.

Məruzədə bildirilir ki, Ermənistanda keçmiş iqtidar olan Respublika Partiyası Üçüncü Reyxlə əməkdaşlıq edən Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atırdı: "Bununla yanaşı, Ermənistanın millətçi oriyentasiyalı siyasi təşkilatları arasında 2018-ci ilin payızında siyasi partiya kimi qeydiyyata alınmış “Sasna srer” seçilir. “Sasna Srer”in ideologiyası “cinayətkar rus-türk sözləşməsi” (Moskva müqaviləsi, 1921-ci il) və “yeni dövlətin yaradılması”dır. Partiya “Yeni Ermənistanın yaradılmasını” əsas hədəf seçib. Bura Ermənistanın indiki ərazisi, Dağlıq Qarabağ və vətəndən kənarda yaşayan ermənilərin ümummilli referendumla birləşdirilməsi daxildir. Partiya Naxçıvan və Arpaçaydan qərbə doğru əraziləri erməni torpaqları adlandırır və onların qaytarılmasını hədəf seçir”.

Rusiya bütün bunları qəbulolunmaz hesab edir və region üçün təhlükə adlandırır.(publika)шаблоны для dle 11.2

Oxunub: 143






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23