Təhsil Nazirliyindən popkorn satan uşağa TƏKLİF

Təhsil Nazirliyindən popkorn satan uşağa
"Azneft" meydanındakı yeraltı keçiddə popkorn satan oğlanın kimliyi məlum olub.

Cahan.info xəbər verir ki, bu barədə deputat Aydın Mirəzazadə sosial şəbəkədəki hesabında məlumat verib:


"İndicə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mənə zəng etdi. O bildirdi ki, Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənc tapılıb.

Adı Seyfullayev İsrafil Vüqar oğludur, 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 2017- ci ildə IX sinfi bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır.

Onun telefonuna zəng etsələr də nömrə şəbəkə xidməti kənarındadır.

Gənc arzu edərsə, ona peşə məktəbinə qəbul olunmaq təklif ediləcək, peşə aldıqdan sonra isə daimi işlə təmin ediləcək".

Qeyd edək ki, deputat Rasim Musabəyov Kukla Teatrının qarşısındakı yeraltı keçiddə bir yeniyetmənin popkorn satmasına etiraz edib və öz etirazını yeniyetmənin işlədiyi dəzgahda dövlətin elektrik enerjisinin oğurlanması, ətrafa partlamış qarğıdalı qoxusu yayılması, vergilərdən yayınma halı ilə izah edib.

Bundan sonra yeniyetmənin səyyar satış aparatı ordan yığışdırılıb.(publika.az)шаблоны для dle 11.2

Oxunub: 193






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23