Məşhurlar Mədət Quliyevlə birgə təqdimatda - FOTO

Məşhurlar Mədət Quliyevlə birgə təqdimatda
Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Məxfi əsirlər" sənədli filminin təqdimatı keçirilib.

Cahan.info xəbər verir ki, DTX-nin yaradıcı heyəti tərəfindən istehsal olunmuş filmin quruluşçu rejissoru və ssenari müəllifi Zəhra Quliyevadır. Ekran işində Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasına verdiyi müstəsna töhfələrdən bəhs olunur.

DTX-nin arxiv sənədləri və zəngin faktoloji materialları əsasında ərsəyə gələn filmdə, həmçinin Avropa müqavimət hərəkatında göstərdikləri xüsusi şücaətə görə vaxtilə Fransa və İtaliya hökumətləri və hərbi komandanlıqları tərəfindən "Vətənpərvərin sertifikatı" ilə təltif edilmiş azərbaycanlı partizanların döyüş yolundan bəhs olunur.

Tədbirdə DTX-nin rəisi, general-polkovnik Mədət Quliyev, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, Xalq artistləri Fəxrəddin Manafov, Faiq Ağayev, Məleykə Əsədova, Afaq Bəşirqızı, Firəngiz Mütəllimova, Xalq Rəssamı Sakit Məmmədov, Əməkdar artist Dilarə Əliyeva, müğənni Elza Seyidcahan, Aysel Teymurzadə və başqaları iştirak edib.(publika)
шаблоны для dle 11.2

Oxunub: 242






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23