Oğul ruhi-əsəb dispanserində, qız lal-kar, ana isə yataqda ölümlə çarpışır - Dəhşətli video

Oğul ruhi-əsəb dispanserində, qız lal-kar, ana isə yataqda ölümlə çarpışır
Yevlaxda Bəsti xala uzun müddətdir ki, yataq xəstəsidir. Ona heç yerdən kömək yoxdur.

Sensasiya TV-nin onun evindən hazırladığı video süjetdən görünür ki, çarəsiz durumda qalan Bəsti xalanın əməliyyatına köməklik lazımdır.

Onun sözlərinə görə, qızı Mədinə Quliyevanın eşitmə və danışma qabiliyyəti yoxdur, oğlu Akif Quliyev 2-ci qrup əsəb-ruhi xəstədir və Gəncədə saxlanır, özünün isə fəqərə sümükləri yeyilir.



Belə bir faciə içində olan Bəsti xanım ümidini dövlətə, prezidentə, Mehriban xanıma və xeyriyyəçi insanlara bağlayıb.

Onun qızı lal və kar olmaqla bərabər belindəki yırtıqdan da əziyyət çəkir, yeriyə bilmir. Onların aldığı pensiya isə heç dərmana çatmır.

Belə vəziyyətdə yaşayan ana-balaya Yevlax rayon icra hakimiyyətindən, imkanlı şəxslərdən, prezidentdən köməklik göstərilməsi xahiş edilir.

Bəsti xalanın fəqərə sümüklərinin arası yeyilməyə belə davam edərsə, çox yaşaya bilməyəcək. Eləcə də qızının müalicəsinə kömək lazımdır.

Müstəqil jurnalist Xəyyam Salmanzadə bütün imkanlı şəxslərdən videoda görünən bank hesabına pul köçürmələrini, Bəsti xalanı həyata qaytarmalarını xahiş edib.

Bəsti xala deyir ki, pensiya ilə nə müalicə, nə əməliyyat mümkündür: “Mən olmasam qızım tənha qalacaq. O da nə eşidir, nə danışır.

Oğlum da Gəncədə müalicə alır. Allaha qurban olum, bizim taleyimiz də belə gətirdi. Bircə ayağa qalxa bilsəm, şükür edərəm.

Qızımın belində yırtıq var, gəzə bilmir, güclə mənə yemək, çay gətirir. Mən xalqımıza, prezidentimizə, Mehriban xanıma yalvarıram, səsimizə səs verin, harayımızı, imdadımızı eşidin. Bizim başqa heç bir ümidimiz yoxdur. Azərbaycanın qeyrətli oğullarına üz tuturam, məni ananız bilin, yardım edin”.шаблоны для dle 11.2

Oxunub: 2 323






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23