“HESABATDA BU BARƏDƏ BİR CÜMLƏ DƏ YOXDUR…” – Nazirlik deputata cavab verdi

“HESABATDA BU BARƏDƏ BİR CÜMLƏ DƏ YOXDUR…”
Milli Məclisin aprelin 9-da keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı deputat Vahid Əhmədovun ən çox nöqsan aşkarlanan qurumların siyahısında Maliyyə Nazirliyinin adını çəkməsi onun subyektiv yanaşmasıdır.

Bu fikirləri Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev “Trend”in sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, Palatanın 197 səhifədən ibarət olan 2018-ci il üzrə hesabatı ilə istənilən şəxs də tanış ola bilər və burda deputatın iddia etdiyi kimi Maliyyə Nazirliyində nöqsanların aşkarlanması ilə bağlı bir cümlə də yoxdur: “Ona görə də deputat Vahid Əhmədovun bu mövqeyinə və düşüncələrinə, onun hansı faktlara və məntiqə söykəndiyinə şərh verməyi artıq hesab edirik”.

Mais-PiriyevM.Piriyev həmçinin vurğulayıb ki, Maliyyə Nazirliyi Hesablama Palatasının təqdim etdiyi 2018-ci il üzrə hesabatı təqdir edir və dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi, artıq və əsassız ödənişlərin aşkar edilməsi, təqsirkar şəxslər hesabına həmin vəsaitlərin dövlət büdcəsinə bərpa olunması istiqamətində Palata tərəfindən görülən işləri tam dəstəkləyir və onunla bu istiqamətdə sıx əməkdaşlıq edir.

Mətbuat katibi həmçinin qeyd edib ki, Maliyyə Nazirliyinin apardığı nəzarət tədbirləri Hesablama Palatası ilə müqayisdə daha az sayda təşkilat və qurumları əhatə edir. Bununla belə, Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarətlə bağlı prinsipial və sərt addımlar atılır. Təkcə ötən ildə aparılan nəzarət tədbirləri nəticəsində 7 mln. manatdan çox əsassız ödənişlər aşkar edilib, ümumilikdə 55 təşkilat üzrə nöqsanlara hüquqi qiymət verilməsi məqsədilə sənədlər hüquq-mühafizə orqanlarına təqdim edilib.

Nazirlik rəsmisi bildirib: “Hesab edirik ki, büdcədən maliyyələşən təşkilatların rəhbərləri dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarəti daha da gücləndirməli, qanunun tələblərinə riayət etməli, büdcə intizamını pozan və mənimsəmələrə yol verənlərə qarşı sərt tədbirlər görməlidirlər”.шаблоны для dle 11.2

Oxunub: 107






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23