Ali məktəblərə qəbul olmaq istəyənlərin nəzərinə

Ali məktəblərə qəbul olmaq istəyənlərin nəzərinə

Bu gündən ali təhsil müəssisələrinə tələbə qəbulu üçün ərizələrin qəbulu başlayıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ərizələrin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılır.

Bu gün saat 15.00-da DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulunun başlanması əlaqədar canlı yayım ediləcək. DİM-in sektor müdiri Xanlar Xanlarzadə canlı yayımda qəbul qaydaları, tələbə qəbulu elanı, “Abituriyentin elektron ərizəsi” formasının doldurulma və təsdiq edilmə qaydası haqqında izləyicilərə məlumat verəcək.

Qəbul qaydaları ilə əlaqədar suallarınızı "Facebook"da verilən müvafiq postun altına yaza və ya info@dim.gov.azünvanına göndərə bilərsiniz. Suallarınız canlı yayımda cavablandırılacaqdır. Sualınıza dolğun cavab tapmaq istəyirsinizsə, onu tam aydın və dəqiq ifadə etməlisiniz.

Xatırladaq ki, DİM-in “Facebook” səhifəsi vasitəsilə canlı yayımlar mütəmadi təşkil olunacaq və həmin dövr üçün aktual olan məsələlər haqqında məlumat veriləcəkdir.шаблоны для dle 11.2

Oxunub: 176






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23