Azərbaycana meydan oxuyan Ermənistan: sərsəm oyunu və... - Politoloq AÇIQLADI

 sərsəm oyunu və...
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yalnız siyasi iradənin qaldığını deyib. Nazir qeyd edib ki, əbəs yerə Parisdə Azərbaycan və Ermənistan xalqlarının sülhə hazırlığı ilə bağlı bəyanat verilməmişdi: “Hər şey ola bilər, mən ajiotaj yaratmaq istəmirəm”, - deyə Məmmədyarov vurğulayıb.

Məmmədyarovun bu sözlərini publika.az-a şərh edən sabiq dövlət müşaviri, siyasi şərhçi Qabil Hüseynli bildirir ki, Ermənistanın siyasi iradəsinə də güvənməklə ehtiyatı əldən vermək olmaz:

“Elmar Məmmədyarov daim həm nikbin, həm də bədbin açıqlamalar verməklə yadda qalır. Paris konfransında xalqların sülhə hazırlanması ilə bağlı əldə edilən razılıqdan sonra xarici işlər nazirimiz nikbin ifadələr işlətdi. Daha sonra Nikol Paşinyanın araqarışdıran bəyanatlarından sonra onun nikbin mövqeyi bir qədər dəyişdi. Aydın görünür ki, Ermənistan tərəfinin sülhə bağlı heç bir siyasi iradəsi yoxdur. Olan mövqe də tamamilə qeyri-konstruktiv və davakardır. Təcavüzkar bir ölkənin başqa bir dövlətin 20 faiz ərazisini işğal edib, bir milyon insanı etnik təmizlənməyə məruz qoyan bir dövlətin, həmin dövlətə 350 milyard dollardan çox ziyan vuran bir hökumətin başçısı belə sərsəm və səfeh iddialarla çıxış edirsə, onun xarici işlər naziri də elə danışacaq. Ona görə də danışıqlar prosesində Ermənistan tərəfinin heç bir razılığından, açıqlamasından arxayın olmamaq lazımdır. Nəzərə almaq lazımdır ki, qarşıda Ermənistan kimi bir düşmənimiz var. Ajiotaj da yaratmaq lazımdır, qarşı tərəfin qaniçən simasını da üzə çıxarmaq lazımdır. Ermənistanın əclaf siyasi portertini yarada biləcək sözlərdən də istifadə etmək lazımdır. Ortada faktlar var, Ermənistanın meydan oxuyan davranış tərzi var. Daş dövrünün təfəkkürünü xatırladan bir təfəkkür tərzi var. Həddən artıq müştəbeh olan, bir ovuca sığışacaq boyda bir millətin nümayəndəsinin yekəbaşlığı (Ermənistanın baş naziri Nikol Paşinyan nəzərdə tutulur – red.) var. Ona görə də nə varsa, hər şeyi açıb ortalığa tökmək zamanıdır. Lazım gəlsə, bu düşməni əlimizdə olan bütün imkanlarla küncə də sıxmalıyıq, yerində oturtmağı da bacarmalıyıq. Çünki başqa cür bu milləti Teymurləng demişkən, əhilləşdirmək mümkün deyil”.


Politoloq Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün sadəcə Ermənistanın siyasi iradəsinə ehtiyac olması məsələlərinə təəccübləndiyini dilə gətirib:

“Ermənistanda son nəfərə qədər hamı fikirləşir ki, Dağlıq Qarabağ problemi artıq bitmiş hadisədir. Paşinyan da xalqın bu iradəsinə əsaslanaraq sərsəm bəyanatlar verirsə, burada siyasi iradədən söhbət açmaq yerinə düşmür. Bəlkə də xarici işlər nazirimiz bizdən daha informasiyalıdır, daha çox məsələləri bilir. Amma bu məsələləri ictimai rəyin diqqətinə də çatdırmaq lazımdır. Çünki vaxtında deyilmiş söz vaxtında atılmış güllə kimidir”.шаблоны для dle 11.2

Oxunub: 184






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23