Türkiyədən ABŞ-a reaksiya: RƏDD EDİRİK

 RƏDD EDİRİK
ABŞ-ın Dövlət Departamentinin açıqladığı “2018 İnsan Haqları”na dair hesabatında ölkəmizlə bağlı əsassız iddialar, gerçək olmayan məlumatlar və qərəzli şərhlər yer alıb.

Cahan.info xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin şərhində deyilir.

“ABŞ-ın bu il ölkəmizin PKK,FETÖ, İŞİD və DHKP-C başda olmaqla, terror təşkilatları ilə haqlı mübarizəmizi dərk etmədiyini təəssüf hissi ilə görürük.

Hesabatda ölkəmizin və bölgəmizin təhlükəsizliyini təmin edilməsi üçün beynəlxalq hüquq və insan hüquqlarına hörmət çərçivəsində terrorizmlə mübarizəmiz insan hüquqlarının pozulması kimi əks olunur”, - Türkiyənin xarici siyasət idarəsindən bildirilib.

Qeyd edək ki, ABŞ-ın Dövlət Departamenti bu gün “2018 İnsan Haqları”na dair hesabatını açıqlayıb. Türkiyə mediasına görə, hesabatda ən çox diqqətçəkən məqam ötən ilin oktyabrında Camal Qaşıqçı olayında təqsirəndirilən Səudiyyə şahzadəsinin adının çəkilməməsidir.

Lakin Misirdə insan haqlarının pozulmasına, xüsusilə edamlara diqqətin çəkilməməsi də böyük qınağa səbəb olub.шаблоны для dle 11.2

Oxunub: 246






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23