Rusiya qonşularını nüvə silahı ilə vuracaq – ŞOK İDDİA

Rusiya qonşularını nüvə silahı ilə vuracaq
Rusiya silahlı qüvvələrini müasirləşdirir ki, münaqişə halında Vaşinqton müdaxilə edənə kimi sürətli hərəkət edə bilsin

Cahan.info xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ silahlı qüvvələrinin Avropa komandanlığının başçısı, NATO-nun Avropa güclərinin komandanı Körtis Skaparotti bildirib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının silahlı qüvvələrin işləri üzrə komitədə keçirilən dinləmələrdə çıxış edən general qeyd edib ki, Moskva adi silah növlərinin tətbiqiylə münaqişədə ABŞ-la uzunmüddətli rəqabət apara bilməz. Bununla əlaqədar olaraq o hesab edir ki, Rusiya daha zəif qonşuların üzərində sürətli qələbələr üçün nüvə silahından istifadə üzərində ciddi düşünür.

“Çünki bu, Rusiya hərbi doktrinasının bir hissəsidir”, - amerikalı general deyib.

Onun həmkarları həmçinin, bildiriblər ki, belə strategiyaya Çin də tərəfdardır.

Martın 13-də Skaparotti bildirib ki, Rusiya hərbi müasirləşdirməni müvəffəqiyyətlə keçirir, ancaq Vaşinqton onsuz da bu sferada Moskvanı üstələyir. Onun sözlərinə görə, bu hökmranlıq amerikalıların öz silahlı qüvvələrinə sərmayə qoymağa davam etdiyi müddətdə davam edəcək.шаблоны для dle 11.2

Oxunub: 265






E-mail: cahan.info@mail.ru