Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərindən QÜRURLANDIRAN GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərindən QÜRURLANDIRAN GÖRÜNTÜLƏR
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.
Publika.az-a Müdafiə Nazirliyindən bildirilib ki, təlimin niyyətinə uyğun olaraq müxtəlif qoşun növləri silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını məşq ediblər


Ümumqoşun döyüşünün müasir qaydalarına əməl edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan həmlələri nəzərə alınaraq qoşunlar, eləcə də idarəetmə sistemləri qarşılıqlı əlaqədə effektiv fəaliyyət nümayiş etdiriblər.

Poliqonlarda və müasir qurğularla təchiz edilmiş təlim sahələrində bölmələr döyüş atışları və atəşlə manevrlər yerinə yetiriblər.
Əsas diqqət müasir silah və hərbi texnikanın tətbiqi ilə taktiki tapşırıqların yeni üsullarla icrasına yönəldilib.
шаблоны для dle 11.2

Oxunub: 261






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23