"Bu bəyanat Ermənistana ünvanlanıb" - PA rəsmisi

"Bu bəyanat Ermənistana ünvanlanıb"
"ATƏT həmsədrlərinin bəyanatındakı fikirlərin bir qismi Azərbaycan hökumətinin mövqeyini əks etdirir. Biz hesab edirik, bu bəyanat Ermənistana ünvanlanıb".

Cahan.info xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bəyanatda bir daha aydın şəkildə qeyd edilir ki, danışıqlar prosesinə hər hansı şərtin qoyulması və ya danışıqların formatının dəyişdirilməsi kimi cəhdlər qəbuledilməzdir:

“Danışıqlar olduğu formatda davam etdirilməlidir. Bu prosesin davam etdiyi vaxtda nəticələr barədə hər hansı aqressiv ritorika əsasında fikirlərin səsələndirilməsi qəbuledilməzdir. Bəyanatda münaqişənin mərhələli həlli ilə bağlı prinsiplərə diqqət ayrılıb. Bir daha qeyd edilib ki, Dağlıq Qarabağ və ətraf ərazilər işğaldan azad edilməli, məcburi köçkünlər öz evlərinə qayıtmalı, təhlükəsizlik təmin edilməlidir. Bunların da əsasını Helsinki Yekun Aktı təşkil edir. Həmin aktda xalqların öz müqəddəratını təyin etmək və ölkələrin ərazi bütövlüyü məsələlərinin hansı əsasda həyata keçirilməsi aydın şəkildə əks olunub. Xalqların öz müqəddətarını həll etmək hüququ heç bir halda ölkələrin ərazi bütövlüyünə xələl gətirməməlidir. Qarabağın statusuna gəldikdə, Azərbaycan tərəfi ərazi bütövlüyü çərçivəsində hər zaman bu məsələni həll etməyə hazırdır. Burada Helsinki Yekun Aktının prinsiplərinə istinad olunmalıdır”.шаблоны для dle 11.2

Oxunub: 226






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23