İranda qaz kəmərində partlayış olub - ölənlər var

İranda qaz kəmərində partlayış olub
İranın cənub-qərbində, Fars körfəzi yaxınlığında, Mehşəhr və Əhvaz şəhərləri arasında qaz kəmərində baş verən partlayış nəticəsində 5 nəfər həlak olub, 6 nəfər də müxtəlif xəsarətlər alıb.

“Report” İRNA-ya istinadən bu barədə xəbər verir ki, partlayış nəticəsində yaxınlıqda dayanan avtobusda yanğın baş verib, nəticədə sürücü xəsarət alıb. Bununla yanaşı, bir yük maşını ilə şəxsi avtomobil yanıb.

Yerli hakimiyyət qurumları ilkin ehtimal kimi, hadisənin qaz sızıntısı səbəbindən baş verdiyini bildirib.шаблоны для dle 11.2

Oxunub: 191






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23