Nəsimi rayonunda “Açıq mikrofon” təşkil edilib - İcra başçısı sualları cavablandırıb + FOTOLAR

Nəsimi rayonunda “Açıq mikrofon” təşkil edilib
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3-cü mikrorayon, Rəşid Məmmədov küçəsi 23 ünvanında sakinlərin müraciətlərini dinləyib.

Mikrorayonda, o cümlədən Hüseynbala Əliyev, Alı Mustafayev, Cavadxan küçələri ərazilərində yaşayan sakinlər rayon icra hakimiyyəti tərəfindən təşkil olunmuş "Açıq mikrofon”la müraciətlərini ediblər.

Bu barədə mia.az-a Nəsimi Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Sakinlərdən Həmzəyev Həmzə, Bəkirova Səlimə, Babayeva Ləman, Babayeva Amalya, Bünyadov Mübariz, İsmayılova Rəsmiyə, Səmədova Dilarə, Mahmudov İbrahim və digərləri bir sıra məsələlərlə, o cümlədən damlardakı su çənlərinin yığışdırılması, mənzil növbəsinə götürülmə, mənzilin sənədləşdirilməsi, həyətlərin abadlaşdırılması ilə bağlı müraciətlər edib, təkliflər irəli sürüblər.

Görüşdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunub. Dövlətimizin başçısının əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarları, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat məbləğində birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində görülən işlər xüsusi vurğulanıb.

Qəbul zamanı sakinlər müraciətlərlə yanaşı, Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


шаблоны для dle 11.2

Oxunub: 157






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23