YAP-çı fəal və tanınmış jurnalistlər Əbülfəs Qarayevi “topa tutdu” - Nokautda

YAP-çı fəal və tanınmış jurnalistlər Əbülfəs Qarayevi “topa tutdu”
“Gözləyirdilər ki, prezidentimiz zəng vursun Rasim Balayevə? Sağ olsun cənab Prezidentimiz. Bu gün Azərbaycan kinosu deyəndə ilk ağıla gələn Rasim müəllimdir

Rasim müəllimə qarşı etinasızlıq edənlərin hər biri mədəniyyət naziri kimi üzr istəməlidirlər. Nəsimi, Babək, Beyrək və bu kimi obrazları yaradan biri unudula bilməz”.

Cahan.info-nun verdiyi xəbərə görə, bu sözləri Füzuli rayonunda YAP-çı fəal Tural Nəbiyev feysbuk səhifəsində yazıb. O, mədəniyyət naziri Əbülfəs Qarayevi sərt tənqid edib və R.Balayevi prezidentlə mədəniyyət xadimlərinin görüşünə dəvət etməməsi üçün qınayıb.

Naziri tənqid edənlər az deyil. Jurnalistlər, siyasətçilər, ictimai fəallar Ə.Qarayevi “topa tutub”. Onun bu laqeydliyi biabırçılıq kimi qiymətləndirilib. Prezidentin ictimai rəyi nəzərə alması, reaksiya verməsi göz qarşısındadır.

Dövlət başçısı R.Balayevə zəng etməsəydi, nə nazir üzr istəyəcəkdi, nə də münasibət bildirəcəkdi. Bu siyasi xəta Ə.Qarayevə asan başa gəlməyəcək. Prezidentin ona qəzəbli olduğu haqda iddialar var. Artıq tanınmış media əhli də onu tənqid edib.

Jurnalist Azər Rəşidoğlu yazıb: “İlham Əliyevin Rasim Balayevə zəng etməsi müsbət haldır. Ölkə rəhbəri ictimai rəyi şəxsən izləyir. Əbülfəs Qarayev bu zəngdən sonra nokauta düşdü.

Prezident sosial şəbəkədəki fikirləri də izləyir. Ciddi addımdır. Belə addımlar Azərbaycan üçün yenilikdi. Şəxsən mənə zəng etsə bir çox əsas problemlərin ünvanını göstərərdim”.

Jurnalist Xaqani Səfəroğlu yazıb: “Prezidentlə görüş göstərdi ki, mədəniyyət naziri çağdaş dövrün mesajlarına adekvat davrana bilmir, dəyişikliklər küləyinin səmtini tuta bilmir.

Əgər, Afaq Bəşirqızı bir çıxışı ilə teatrın 10 ildə yığılıb qalan problemlərini həll edirsə, “Rasim Balayev prezidentlə görüşdə niyə yoxdur?” sualı ictimai rəyin ciddi narazılığı və haqlı təəccübü ilə müşayət olunursa, prezident görkəmli sənətkarımıza özü zəng vurursa, yalnız Mehriban Zəkinin çıxışından sonra kinoya 5 milyon ayrılırsa, deməli Əblüfəs Qarayev proseslərin arxasınca sürünür. Halbuki, bütün bu məsələləri hörmətli nazir qaldırmalı idi”.

Ümumiyyətlə, prezidentlə mədəniyyət adamlarının görüşü təsdiqlədi ki, ötən dövr ərzində Ə.Qarayev nazir kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilməyib.

Ölkədə teatr adamlarının sosial vəziyyəti ağırdır, film sənayesində tənəzzül davam edir, aktyorlar mənzil problemi, dolanışıq dərd içindədirlər. Bu halda teatrın, kinonun inkişafı nonsensdir.

Üstəlik, təkcə mədəniyyət işçilərinin vəziyyəti ağır deyil, kitabxanaçılar, mədəniyyət klublarının işçiləri çətin vəziyyətdədir.

Tarixi abidələr baxımsızdır, mədəniyyət klublarının binaları satılıb, kinoteatrlar sökülüb. Ə.Qarayevə dəfələrlə belə faktlar təqdim eləmişik.

Eyni zamanda musiqi məktəblərinin vəziyyəti, bölgələrdə regional mədəniyyət idarələrinin, o cümlədən mədəniyyət şöbələrinin rəislərinin qanunsuz əməlləri haqda faktlar göstərilib, lakin nazirlik medianın tənqidlərinə, faktlarına münasibət bildirməyib.

Bu laqeydliyin məntiqi davamı olaraq ölkənin görkəmli aktyoru, nəhəng obrazlar yaratmış korifey sənətkar, sonuncu mogikanlardan sayılan xalq artisti Rasim Balayevin prezidentlə görüşə dəvət olunmaması birbaşa nazirliyin, birbaşa Ə.Qarayevin səhvidir.

Dövlət başçısı hər incəliyi izləyə, araşdıra bilməz, ona siyahı təqdim olunur, protokolda kimlərin çıxış edəcəyi göstərilir. Amma Ə.Qarayev R.Balayev böyüklüyündə görkəmli sənətkarı unudur, digərlərini unutmur.

“Mədəniyyət, o cümlədən televiziya, radio ölkənin əsas təbliğat tribunasıdır. Yəni vətəndaşlarda mədəniyyət immuniteti yaradan, həmçinin vətənpərvərlik hisslərini aşılayan ən böyük tribunadır. Bu gün o tribuna internet platformasına keçib”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında teleaparıcı Elçin Əlibəyli deyib. Teleaparıcı prezidentin mədəniyyət nümayəndələri ilə görüşündən də söz açıb: “Son görüşdə də məlum oldu ki, Mədəniyyət Nazirliyinin ölkənin mədəniyyətindən xəbəri yoxdur.

Orada Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından demək olar ki, heç kim iştirak etmirdi. Orada yalnız Azərpaşa Nemət və Hacı İsmayılov iştirak edirdi. Axı Akademik Teatr təkcə onlardan ibarət deyil. Teatrda kifayət qədər böyük aktyorlar var.

Eyni zamanda cənab prezidentin Rasim Balayevə özünün zəng etməsi bir daha təsdiq etdi ki, qurumlarda – istər Mədəniyyət Nazirliyində, istərsə də Prezident Administrasiyasının Humanitar Siyasət şöbəsində çox ciddi boşluqlar var. Əminəm ki, prezidentin iradəsi ilə bu məsələlər aradan qalxacaq.

Çünki prezident görüşdə səslənən bütün təkliflərə dərhal reaksiya verdi. Ardınca neçə sərəncamlar imzalandı. Çox işlər görüldü və görülməyə davam edəcək”.шаблоны для dle 11.2

Oxunub: 4 846






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23