Azərbaycanda TV fəaliyyətini dayandırdı

Azərbaycanda TV fəaliyyətini dayandırdı
"ARB Media Qrup"a daxil olan tematik musiqi kanalı "ARB Ulduz" fəaliyyətini dayandırıb

CAHAN.İNFO Azxeber.com-a istinadən xəbər verir ki, bu barədə ARB Media Qrup"un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli məlumat verib. O bildirib "ARB Ulduz" telekanalının peyk vasitəsilə yayımının birdəfəlik dayandırılması qərarı qəbul edilib.

"Bildiyiniz kimi müasir dövrdə telekanallar bir çox hallarda reklam gəlirlərinin hesabına maliyyələşir. "ARB Media Qrup"a daxil olan kanallar da buna istisna deyil. "ARB Ulduz" telekanalı ölkə reklam bazarında özünü tam maliyyələşdirəcək qədər gəlir əldə edə bilmirdi. Təəssüf ki, ölkəmizdə tematik televiziyalar reklam bazarından kifayət qədər vəsait əldə edə bilmirlər. Reklam bazarının əsas iştirakçıları, ümumölkə və çoxşaxəli məzmunda fəaliyyət göstərən telekanallardır. Elə məhz bu səbəbdən də musiqi yönümlü tematik kanal olan "ARB Ulduz" da reklam bazarının oyunçularından birinə çevrilə bilmədi".шаблоны для dle 11.2

Oxunub: 217






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23