Sumqayıt Texnologiyalar Parkının rəhbərliyi işçilərini polislə hədələyir — İDDİA

Sumqayıt Texnologiyalar Parkının rəhbərliyi işçilərini polislə hədələyir
“Sumqayıt Texnologiyalar Parkı”nda işdən çıxarılan işçilərə təzyiqlər başlayıb

CAHAN.İNFO Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə STP-dən işdən çıxarılan işçilər məlumat verib.

Onların sözlərinə görə, STP rəhbərliyindən şikayət edən işçilər polislə hədələnir. STP rəhbərliyinin bunu etməkdə əsas məqsədi işçiləri qorxutmaq və onlardan edilən şikayətlərin qarşısını almaqdır.

Qeyd edək ki, son 4-5 ay ərzində STP rəhbərliyi müxtəlif bəhanələrlə yüzlərlə təcrübəli işçini işdən çıxarıb. Bu barədə bildirmişdik ki, STP-nin baş direktoru Emin Məmmədovdan sonra işçilərlə əmək münasibətləri Azərbaycan qanunvericiliyi ilə deyil, baş direktorun qoyduğu şərtlərlə tənzimlənir. Bu isə STP rəhbərliyinə imkan verir ki, STP-də işləyib, təcrübə toplamış işçiləri heç bir təcrübəsi olmayanlarla əvəz etsin. Bu isə STP-də çalışan 2 minə yaxın işçinin əksəriyyətinin narazılığına səbəb olmaqdadır.
шаблоны для dle 11.2

Oxunub: 312






E-mail: cahan.info@mail.ru