"Babat adamlar tapıb rüşvət müqabilində müsahibələr alırdı" - Keçmiş ANS-çidən Sevinc Osmanqızı haqqında ŞOK SÖZLƏR

"Babat adamlar tapıb rüşvət müqabilində müsahibələr alırdı"
Lisenziyası dayandırılan ANS Müstəqil Yayım və Media Şirkətinin sabiq işçisi, jurnalist Gülnaz Qənbərli ANS TV kanalının xəbərlər xidmətinin keçmiş rəhbəri, ABŞ-da yaşayan tanınmış jurnalist Sevinc Osmanqızı haqqında qalmaqallı iddialar irəli sürüb.

Demokrat.Az xəbər verir ki, Gülnaz Qənbərli keçmiş iş yoldaşını "yalançı" adlandırıb.

Jurnalist iddia edir ki, vaxtilə Sevinc Osmanqızı riyakarlığına görə ANS TV-dən, ABŞ səfirliyindən və Meydan TV-dən qovulub:

Gülnaz Qənbərlinin sosial şəbəkədəki səhifəsində yazdığı statusunu təqdim edirik:

"Sevinc Osmanqızı ilə bağlı həqiqəti dediyim üçün məni qınayanlara....Siz onu mənim qədər tanısaydınız, "S" hərfi ilə başlayan sözlərin hamısında onu gərərdiniz. Şəxsi mənafelər naminə özünü vətənşüvən göstərənləri yalnız öz cibləri maraqlandırır. Unutmayın! Sevinci Meydan TV-dən niyə qovdular? Bəs ANS-dən? Bəs ABŞ səfirliyindən? Adam deyirdi ki, mən amerikalılarla işləyəndə adamın gözünün içinə baxa-baxa yalan danışmağı öyrəndim. ABŞ səfirliyindən gedəndən sonra "Amerikanın səsi" radiosunda işləmək istəyib. Deyiblər ki, Azərbaycanda işləmiş 3 səfirdən təqdimat gətir. Beləliklə, bu adam 3 səfirdən təqdimat alır. Amma...Amması odur ki, həmin səfirlər ayrıca radioya məktub göndərirlər ki, S.O.-ya təqdimat verdik, ancaq əslində o sizin radionuza uyğun biri deyil. Yəni, amerikalı da olsa, üz-üzdən utanıb. Amma vətənləri qarşısında üzüqara qalmasınlar deyə, radionu xəbərdar ediblər. Və bucığazı işə almayıblar. Bunu mənə hələ o burada olduğu vaxt səfirlikdə işləmiş bir əməkdaş demişdi. Meydan TV-də işləyəndə də babat adamlar tapırmış ki, rüşvət müqabilində müsahibələr alsın. Üstü açılıb, iti qovan kimi qovublar. Davam etsəm, yazıq olacaq adam".

İddialarla bağlı Sevinc Osmanqızının da mövqeyini dərc etməyə hazırıq.

Demokrat.Azшаблоны для dle 11.2

Oxunub: 257






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23