Metyu Brayza: Paşinyan Qarabağ məsələsində riskə gedə bilər

Paşinyan Qarabağ məsələsində riskə gedə bilər
Dağlıq Qarabağ probleminin nizama salınması üzrə danışıqların yaxın gələcəkdə yeniləməsi perspektivi, bir çox analitiklərin hesab etdiyi kimi, daha çox ehtimal edilir. Hər halda, beynəlxalq vasitəçilər son zamanlar kifayət qədər optimist bəyanatlar verirlər.

ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza da Qarabağ münaqişəsinin həllinə müsbət yanaşmağa meyillidir. O, virtualaz.org-a açıqlamasında qeyd edib ki, parlament seçkilərindəki siyasi qələbəsindən sonra Nikol Paşinyan üçün manevr meydanı yaranıb.

"Mən Paşinyanın Qarabağ probleminin həllində bir sıra riskli addımlar ata biləcəyini istisna etmirəm. Mən onunla şəxsən tanış deyiləm və deyə bilmərəm ki, o, konkret hansı addımlara gedə bilər. Bu, daha çox Paşinyan və Prezident Əliyevin şəxsi münasibətlərinin necə olacağından və bir-birilərinə nə qədər güvənəcəklərindən asılıdır. Ona görə hələlik nəyi isə konkretləşdirmək çətindir. Amma bir şeyi dəqiq bilirəm: əgər prezidentlər Koçaryan və Sarkisyanın Qarabağ liderləri qarşısında öhdəlikləri var idisə, Paşinyanın belə öhdəliyi yoxdur və bu baxımdan o daha azaddır", - deyə Brayza vurğulayıb.шаблоны для dle 11.2

Oxunub: 269






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23