Sahil Babayev Məşğulluq Xidmətinə yeni rəis təyin etdi - Konfederasiya prezidentinin oğluna vəzifə

Sahil Babayev Məşğulluq Xidmətinə yeni rəis təyin etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Dövlət Məşğulluq Xidmətinə yeni rəis təyin edib.

Cahan.info unikal.org-a istinadən xəbər verir ki, Sahil Babayevin müvafiq əmri ilə, Fuad Məmməd oğlu Musayev Dövlət Məşğulluq Xidmətinin rəisi vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər həmin xidmətdə rəis müavini işləyib.

Sözügedən xəbəri Dövlət Məşğulluq Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, Fuad Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin oğludur.шаблоны для dle 11.2

Oxunub: 87






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23