"Xaricini Azərbaycana sırımaq nə deməkdir?" – Nazim Süleymanov

"Xaricini Azərbaycana sırımaq nə deməkdir?"

Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının sədri, futbol veteran Nazim Süleymanovun müsahibəsi:

- Hazırda Həmkarlar İttifaqı hansı işləri görür, qarşıda nə kimi planlarınız var?


-Hazırda üzvlərimiz get-gedə çoxalır. 5 yerli Həmkarlar təşkilatımız var. Başqa rayon və şəhərlərdə də bununla bağlı danışıqlar gedir. Bizim istəyimiz də genişlənməkdir. Ondan da əlavə, hazırda idarə heyətimizin 11 nəfər üzvü cənab prezidentə məktub ünvanlayıb. Həmin məktubun cavabını gözləyirik.
- İclaslarınızı keçirdiyiniz "Marafon" otelin rəhbərliyi qapılarını "üzünüzə bağladı". Bunun Elxan Məmmədovla hər hansı əlaqəsi varmı?

- Biz indi bilmirik, bunu Elxan Məmmədov elətdirib, ya başqa kimsə deyib. Bundan öncə biz istədik ki, mətbuat konfransı keçirək. Otel vardı. Onun adını çəkib reklam etmək istəmirəm. Həmin məkana pulumuzu da ödəmişdik. Təəssüflər olsun ki, bizi sonradan ora buraxmadılar. Biz konfransı başqa məkanda keçirməli olduq. Düzdür, təmtəraqlı olmadı, amma keçirdik. "Marafon"da isə aylardır iclaslarımızı keçiririk. Sizin sayt ora zəng edib deməyib ki, bizi ora buraxmasınlar. Burda bir aidiyyat orqan var. O da AFFA-dır da. Tapşırığı da yəqin ki, AFFA rəhbərliyi verib. Biz onsuz da növbəti iclasımızı keçirdik. Baxmayaraq ki, "Marafon"a tapşırıq olub, biz onlara hörmət əlaməti olaraq, təşəkkür edirik.

- Mətbuatda üzvlərinizə qarşı təzyiqlərin olduğu deyilir. Bildirilir ki, əgər üzvlükdən çıxmasalar, işlə təmin olunmayacaqlar. Bununla bağlı sizə də təzyiqlər edilirmi?

- Görünən kəndə bələdçi lazım eyil. Yəqin, özünüz də oxuyub görürsünüz. Üzvlükdən çıxanda həmin şəxs işlə təmin olunur. Bu da əslində, Həmkarlar Təşkilatının neçə aylarda gördüyü işin nəticəsidir. İş tapırlar, gözəl haldır. Biz heç kimi məcbur etmirik ki, gəl, bizə üzv ol. Heç kimi məcburi də çıxarmırıq. Bura sırf könüllü təşkilatdır. Bunu yaratmaqda məqsədimiz Azərbaycan futbolunda çalışan şəxslərin haqq səsini qorumaqdır.

- Əfqan Talıbov üzvlükdən çıxdıqdan sonra "Turan-Tovuz"da işə düzəldi. Bunu əvvəlcədən bilirdinizmi? Ümumiyyətlə, Əfqan Talıbovla bu məsələdən sonra danışığınız olubmu?

- Xeyr. Əfqan bəy ərizəsini gətirib bizə təqdim etdi. Bir-birimizə təşəkkür etdik. Bura heç kimi məcburi dəvət etməmişik, məcburi saxlaya da bilmərik. Ona göə də Əfqan müəllimə uğurlar arzu edirik. Çox gözəl, gedib işləsin.

- Elxan Məmmədov açıqlamasında bildirib ki, millinin baş məşqçi postuna gətirilə biləcək namizədlərin hamısı əcnəbidir. Siyahıda azərbaycanlı baş məşqçinin olmamasına münasibətiniz necədir?


- "A" kateqoriyalı məşqçilər Azərbaycanda işləyə bilər. Bu çox gözəl. A kateqoriyalı məşqçi ola-ola xaricini gətirib Azərbaycana sırımaq nə deməkdir? Bu bizim məşqçilərə təhqir deyilmi? Mən belə düşünürəm. Azərbaycanda çalışacaq millinin baş məşqçisinə ildə 1-2 milyon avroya yaxın pul xərcləyirik. O demək deyil ki, bu pulu mənə ver. Bizdə yaxşı məşqçilər var. Bizdə "PRO" kateqoriyalı məşqçi çoxdur. İndi adlarını bir-bir çəkmək istəmirəm. Sonra deyəcəklər ki, təşkilatın üzvlərinin adını çəkir. O məbləğin 10 fazirini azərbaycanlı məşqçiyə versinlər, qalan hissəsini də futbol akademiyalarının tikintisinə verilsin. Bu məsələyə diqqət yetirmək lazımdır, bu yöndə işləmək vacibdir. Vəsaiti Azərbaycandan xaricə çıxarmaq lazım deyil, Azərbaycanda işlətmək lazımdır. Dünyanın hansı səsviyyəli məşqçisini gətirirlər, gətirsinlər, onsuz da biz dünya çepionatının finalına çıxa bilməyəcəyik. Əgər biz o finala çıxmayacağıqsa, əcnəbi baş məşqçinin gəlməsi lazımdırmı?

- AFFA-nın əcnəbi baş məşqçilərə üz tutmasının səbəbi nə ola bilər?

- Azərbaycanlı məşqçilərə güvənməmək. xarici məşqçilərə də güvənərək onlarla iş birliyi qurmaq. Başqa nə ola bilər ki?

- U-23-ün yaradılması barədə neçə gündür ki, futbol camiesində söhbətlər gedir. Bu iddiaya sizing münasibətiniz necə oldu?


- Birincisi, düzgün qərarlar çıxarılmalıdır. Hansı ki, onlardan biri səhv qərar idi. Əvəzedici heyəti birinci dəstə ilə birləşdirmək. Bu kimin qərarıdırsa, səhv qərar idi. Niyə? Biz bilirik ki, birinci dəstədə gedən çirkli oyunlara cavan futbolçularımızı salırıq. Bundan sonra hansı perspektivdən danışa bilərik? Əgər, futbolçu yoxdursa, U-23 niyə yaradılmalıdır ki? U-23 yaratmaq üçün Azərbaycan çempionatı yaratmalıyıq, Bakı çempionatından çıxmalıyıq./Yeni Sabahшаблоны для dle 11.2

Oxunub: 201






E-mail: cahan.info@mail.ru